Sentyabr ayında hava necə olacaq? –Proqnoz

Sentyabr ayında hava necə olacaq? –ProqnozÖlkə ərazisində sentyabr ayına olan hava proqnozu açıqlanıb.

ETSN-dən verilən məlumata görə, sentyabr ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim norması göstəricilərinə uyğun olacağı gözlənilir.

Yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi Aran rayonlarında normadan az, ayrı-ayrı şimal və qərb rayonlarında isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci və ikinci ongünlükdə qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 17-22, gündüzlər 26-31, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 12-23 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 26-31, bəzi günlərdə 34-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 7-13 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 15-18 dərəcə isti (gecələr 11-16, gündüzlər 18-23, bəzi günlərdə 26-31 dərəcə isti) gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (34-50 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 24-29, bəzi günlərdə 32-35 dərəcə isti) gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (17-44 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 18-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 32-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 33-120 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 27-32, bəzi günlərdə 34-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 14-38 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 20-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 23-28, bəzi günlərdə 32-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 50-199 mm) gözlənilir.

Sentyabr ayında hava necə olacaq? –Proqnoz

  • 30-08-2019, 16:45
  • 90


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  3. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  4. “Kişi ilə yaşayır, “ərə getmişəm” deyir” - Aktrisa həmkarına söz atdı
  5. Nuru Paşanın yavəri...
  6. “Onun bir səhvi var idi – mənim kadrım olmağı…” – İlyas İsmayılov öldürülən keçmiş məhkəmə sədrində danışdı
  7. Bu gün hava 28 dərəcəyə qədər isinəcək- Nazirlik açıqladı
  8. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  9. VİDADİ ZEYNALOV RESTORAN İŞLƏTMƏYƏ BAŞLADI – “Toyuq-cücə də saxlayıram…” + FOTO
  10. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI