Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Cümhuriyyət dönəmində Rəsulzadə hökumətinin Ermənistandakı diplomatik nümayəndəsi Xan Təkinskini gizli olaraq təqib etdiyini, onun rəsmi Bakıya ünvanladığı teleqramların surətini çıxardıqlarını etiraf edib.
Moderator.az erməni mənbələrinə isitnadən xəbər verir ki, bu barədə MTX sosial şəbəkədəki rəsmi səhifəsində “Azərbaycan casusu ilə bağlı 100 illik sənəd” adlı informasiya yayıb. Məlum inmformasiyada azərbaycanlı diplomatı casusluqda ittiham edən İrəvan, Ermənistanın beynəlxalq qanun və diplomatik etiket qaydalarını kobud surətdə pozduğunu, onun Azərbaycana göndərdiyi bütün məktub və teleqramların izləndiyini təsdiqləyib.
Qondarma sənəddə azərbaycanlı diplomatın “Ermənistandakı müsəlmanları qiyama səslədiyi”, “Ermənistanı içəridən çökdürmək” üçün ciddi iş apardığı, erməni ordusu və onun silahlanması ilə bağlı Azərbaycana bir sıra informasiyaalr ötürdüyü vurğulanır.
Ermənilərin yalanla süslənən bu məlumatı Azərbaycan diplomatiyasının şərəfli tarixinə kölgə salmaq, ölkəmizin guya hər zaman ermənilərə qarşı basqı və təzyiq siyasəti sərgilədiyi düşüncəsini formalaşdırmaq və erməni xüsusi xidmət orqanlarının fədakar obrazını formalaşdırmağa hesablanıb.
Xatırladaq ki, Məmməd xan Təkinski 1919-cu il yanvar ayının 29-da Azərbaycan Cümhuriyyəti hökumətinin Ermənistan Respublikası hökuməti yanında diplomatik nümayəndəsi təyin olunub və bu vəzifədə həmin il oktyabrın 1-də xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunan vaxta qədər fəaliyyət göstərib. O, AXC dönəmində Ermənistanın təxribatçılıq siaysətinə qarşı yorulmadan mübarizə aparan Azərbaycan diplomatlaırndan olub.
Seymur ƏLİYEV