İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"

İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"Cənubi Azərbaycan mili hərəkatının liderlərindən biri olan Abbas Lisani Ərdəbil şəhərində keçirilən apelyasiya məhkəməsində İrandakı milli ayrı-seçkilik siyasətinin 100 ildən bəri davam etdiyini gündəmə gətirərək prokurora və məhkəmə sədrinə ağır ittihamlar yönəldib.
Xeberdar.net-in məlumatına görə, Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsində Abbas Lisaninin vəkillərininin verdiyi şikayət ərizəsinə baxılarkən şəhərin yeni prokuroru Lisaniyə daha əvvəl verilən 8 illik həbs cəzasının artırılmasını tələb edib.

Məhkəmənin son söz verdiyi Abbas Lisani deyib:

"Hökm ömür boyu və hətta edam da olsa, öz fikirlərimdən zərrə qədər də vaz keçmərəm. Əgər həqiqətən ədalətiniz varsa,bu qapıları açın, xalq və dünya bu məhkəməni görsün. Azərbaycan milli hərəkatı göbələk kimi yerdən çıxmayıb. Ən azı 1 əsrdən bəri Türk millətinə qarşı həyata keçirilən zülmün və ayrı-seçkiliklərin nəticəsində meydana çıxıb. Buna görə hər bir Azərbaycan Türkü bu ayrı-seçkiliyə öz reaksiyasını demokratik yollardan göstərməkdə tamamilə haqlıdır. Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaqdır".

Appelyasiya məhkəməsi hökmün oxunacağına dair hər hansı tarix elan etməyib.

Abbas Lisani milli ideyaları müdafiə etdiyinə görə, İran məhkəmələri tərəfindən dəfələrlə həbs cəzasına məhkum edilib./Turan

İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"

  • 18-09-2019, 23:13
  • 155


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI