"7 gün müddətində Milli Məclisin ilk iclası olacaq”

721 5-03-2020, 13:53 cemiyyet

"7 gün müddətində Milli Məclisin ilk iclası olacaq”
Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq.

“Xeberdar.net” xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

S.Mirzəyev qeyd edib ki, əgər lazım olarsa, növbədənkənar iclaslar keçiriləcək: “Bu təcrübə Milli Məclisdə var”.

S. Mirzəyev bildirib ki, qanuna görə, 7 gün müddətində Milli Məclisin ilk iclası olmalıdır.

Onun sözlərinə görə, yaz sessiyasının iclaslarında V çağırışdan qalan bir çox sənədlər var: “İclaslarda o sənədləri ilk növbədə, müzakirəyə çıxaracağıq. Həm də gözləyirik ki, yeni qanunlar gələcək və onlar müzakirə ediləcək”.

Günel Türksoy

XƏBƏR LENTİ