Deputat Mübariz Mənsimovu tənqid etdi: "Uğursuz layihələr edib, cavab verməli olacaq"

Deputat Mübariz Mənsimovu tənqid etdi: "Uğursuz layihələr edib, cavab verməli olacaq"Bir neçə gün bundan əvvəl əslən azərbaycanlı, Türkiyə vətəndaşı Mübariz Mənsimov həbs edilib. Onun həbsindən sonra bəzi qüvvələr çalışırlar ki, Mübariz Mənsimovun açıqlamalarından öz niyyətləri üçün istifadə etsinlər”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Ağdaşın deputatı Cavid Osmanov deyib. Minlərlə insanın sevimlisinə çevrilən, yüzlərlə insana kömək edən bir adamı belə bir həssas dönəmdə tənqid və təhqir eləmək yumşaq desək xəyanətdir.
Deputat Mübariz Mənsimovu tənqid etdi: "Uğursuz layihələr edib, cavab verməli olacaq"
Deputat bildirib ki,Türkiyə demokratik yolda sürətlə addımlayan hüquqi bir dövlətdir:

"Mübariz Mənsimov Türkiyə vətəndaşı olduğu və orada həbs edildiyi üçün onların qanunları qarşısında cavab verməli olacaq. Hazırda həmin iş üzrə istintaq aparılır. İstintaq yekunlaşdıqdan sonra isə onun hərəkətlərinə düzgün hüquqi qiymət veriləcək və buna hər kəs hörmətlə yanaşmalıdır.

Onun sözlərinə görə, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda koronavirusla mübarizə aparılır:

"Belə bir vaxtda Mübariz Mənsimovun açıqlamalarından istifadə edən bəzi qüvvələr Azərbaycanda koronavirusla mübarizə ilə bağlı elan olunmuş fövqəladə vəziyyətdə insanları aksiyaya çıxmağa çağırırlar. Belə bir zamanda müəyyən qüvvələr, radikal müxalifət çalışırlar ki, öz çirkin niyyətlərini həyata keçirsinlər. Hesab edirəm ki, insanların sağlamlığı həmin qüvvələri narahat etmir”.

C.Osmanov qeyd edib ki, son illər Mübariz Mənsimovun müəyyən iqtisadi layihələri çox uğursuzluqla yekunlaşıb:

"Nəticədə isə onun çoxlu sayda borc öhdəlikləri yaranıb. Rusiya mətbuatından da aldığımız məlumatlar onu göstərir ki, Rusiyada həm dövlət büdcəsindən yayınmalarla bağlı faktlar olub, həm nəhəng şirkətlərdən borclanıb qaytarmadığı faktları olub. Bu da onun həbs olunmasında böyük rol oynayıb. Bu da onun layihələrinin iqtisadi əsaslandırılmasının zəif olduğunu göstərir”.


Xeberdar.net

Deputat Mübariz Mənsimovu tənqid etdi: "Uğursuz layihələr edib, cavab verməli olacaq"

  • 19-03-2020, 13:20
  • 220


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. Qobustanda kişi qardaşı arvadını öldürdü
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Qazaxda düşmən təxribatı davam edir
  8. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  9. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
  10. Sabahın hava proqnozu-Sabah güclü yağış yağacaq - çətirsiz evdən çıxmayın
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI