Xilasedicilər intihara cəhdin qarşısını aldılar

633 30-04-2020, 11:20 hadise

Xilasedicilər intihara cəhdin qarşısını aldılar
Aparılan psixoloji söhbətlər nəticəsində o, fikrindən daşınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xeberdar.net-in məlumatına görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb
.

XƏBƏR LENTİ