Qadın qonaq getdiyi evdən 10 min manat pul oğurladı

748 27-05-2020, 06:01 hadise / bolge / kriminal

Qadın qonaq getdiyi evdən 10 min manat pul oğurladıOğurlanmış pul və qızıl-zinət əşyaları aşkar edilib

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumunun evindən pul və qızıl zinət əşyaları oğurlayan rayon sakini saxlanılıb.

İstiPress-in məlumatına görə, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Astara şəhər sakini T.Ağayev polisə müraciət edərək, evindən 10 000 manat pulun və 1 160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək, maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ