...Zaman itirmədən hərəkət edilməlidir.Əks halda hər məsələ üçün çox gec olacaq. Bu sözləri Bəyaz Hərəkatı Başqanı Hürrü Əliyev öz Feysbuk səhifəsində yazıb.
Hürrü Əliyev bildirib ki, İllərdir xalqın etimadını itirə-itirə gələn bir iqtidar üçün bu gün böyük bir tarixi şans yaranıb. Bu o şansdır ki, əgər onu da itirərsə, çox keçməyəcək hakimiyyətini də itirəcək. Amma bu gün o şansı dəyərləndirərək savaşla bağlı bircə addım atarsa xalq bütövlükdə onun yanında olacaq.
Ümumilikdə də götürəndə Vətən, torpaq, Qarabağ məsələsindən başqa bu iqtidarın xalq qarşısında nüfuz qazanacağı və hakimiyyətini qoruyacağı heç bir şansı qalmayıb.
İqtidar bir məsələni də bilsin ki, xalq bu günkü qədər savaş arzusunda və müharibə çağırışında olmayıb.
Zaman itirmədən hərəkət edilməlidir.Əks halda hər məsələ üçün çox gec olacaq.
Mirzə li
XEBERDAR.NET