Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO

1 013 1-06-2020, 16:00 cemiyyet

Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür!

Bu münasibətlə 50 saylı Qobustan-Abşeron seçki dairəsindən Millət Vəkili Şahin Seyidzadə uşaqları təbrik edib .
Xeberdar.net xəbər verir ki, bu barədə o öz Feysbuk səhifəsində paylaşım edib. Şahin Seyidzadə bildirib ki, daima saf və təmiz olan uşaqlarımız bizim cəmiyyətimizin əlvan rəngləri və xoşbəxtliyidir. Onları daima qorumaq, bütün sahələrdə dəstəkləmək və qayğı göstərmək hər birimizin vəzifəsidir. Çünki bu gün bizlərin onlara göstərdiyimiz qayğı və diqqət, onların inkişafında atdığımız addımlar bizim gələcəyimizi formalaşdırır. Hər bir uşağın sağlam gənc, vətəndaş olaraq formalaşması bizim əlimizdədir.

Bütün balalarımızı, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, onlara sağlam və xoşbəxt ömür, təhsilli və savadlı, əsl vətənpərvər olmağı arzulayıram.

Həmçinin məktəblilərimiz 10 Aprel tarixində başlanılan və Abşeron-Qobustan seçki dairəsi üzrə keçirilən #EvdəQalEvdəYarat müsabiqəsində iştirak edərək, ərsəyə gətirdikləri yaradıcılığ nümunələri ilə #Abşeron rayonunun Ceyranbatan və Qobu qəsəbələri, #Qobustan rayonunun Qobustan şəhəri, Cəmcəmli, Cəyirli, Çalov və Sündü kəndlərini təmsil etmişdir. Müsabiqə şərtlərində qeyd edilən meyarlar əsasında müraciət edən şagirdlər arasından qaliblər artıq bəllidir. Bu münasibətlə qaliblərimizə öz təbrikimi çatdırıram!

Qaliblər: Abbasova Fatimə, Allahverdiyeva Əfşan, Cəbrayılov Feyruzağa, Cəbrayılova Aysun, Əmiraslanlı Yusif və İlkin, Güləliyev Səyyaf və Baxşıyeva Leyla, Hümbətov Elvin, Hüseynzadə Mirkamil, İsmayılov Ruslan, İsmayılova Cəmilə, Məmmədova İlkanə, Mikayıllı Çimnaz, Orucov Kənan.

Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO


Mirzə li
Xeberdar.net

XƏBƏR LENTİ