Qadın dedi körpəm var, polis dedi yoxlayım görüm südün var? -VİDEO+FOTO

1 513 13-06-2020, 08:13 cemiyyet / hadise

Qadın dedi körpəm var, polis dedi yoxlayım görüm südün var? -VİDEO+FOTO
Zaman-zaman sosial şəbəkələrdə, mətbuatda dövlətin güc strukturlarından olan polis özbaşınalığı haqqında görüntülərin, yazıların şahidi oluruq. Onların cəzasız qalmasına isə daha çox təəssüflənirik. Bu gün dəyərli oxuculara təqdim edəcəyim yazı da öz bərabərində təəssüf çox kiçik səslənər, sarsıntını qəzəbi, nifrəti və s. bu kimi halları özü ilə sizlərə yaşadacaq. Əslində məqsədimiz bu deyil. Lakin görüb görməməzlikdən də gələ bilmədik.
Xeberdar.net xəbər verir ki, Musteqil.az-ın Redaksiyasına müraciət edən Məmmədova Nigar 09 aprel 2020-ci il tarixində (vətəndaş istəyini nəzərə alıb, adları şərti qeyd etdik) dini nigahla ər-arvad münasibətlərində oldugu həyat yoldaşı Həsənov Kamilin Xırdalan şəhəri ərazisində yerləşən ofisinə gedir. Bu vaxtı Kamil və orada olanlar ölkədəki sərt karantin rejimini heçə sayaraq, bir qrup Abşeron Rayon Polis idarəsinin əməkdaşları, “peşəsi məlum olmayan” qadınlarla kef məclisi yaradıb, eyş-işrətlə məşğul olduqlarının şahidi olur. Əri ilə aralarında yaranan münaqişə zamanı Nigar karantin rejimini pozduqları barədə məlumat verəcəyini söyləyir. Amma hardan bilərdi ki, bu sözü oradakı polislərin olmayan ləyaqətinə kölgə salıb, nüfuzlarını alçaldar. Ona görə də ərinin və polislərin çağırışı ilə oraya Abşeron Rayon Polis idarəsinin PPX xidməti çağırılır. Nigar Məmmədova qatı terrorist şəkilində Abşeron Rayon Polis idarəsinə gətirilir. Burada qadına olmazın fiziki və mənəvi zülmü verilir. Neçə saat dayanmadan beş polis işçisi tərəfindən döyülən qadından ərinin iş yerində gördüklərini unutmağı tələb edirlər. Dörd uşaq anası olan Nigar Məmmədova dörd aylıq körpəsi olduğunu soyləməklə yalvarıb, onu buraxmalarını xahiş edir.
Polislərin cavabı isə insanın damarında qanı dondurur. Bu cavabı yazmaqdan öncə bütün oxuculardan üzr istəməyi özümə borc bilirəm. “Uşağın olsa südün olar. Baxaq görək döşündə süd var?”. Digər bir tərəfdənsə gördüklərini soyləyərsə onu növbə ilə zorlayacaqlarını deməklə, qadına hədə-qorxu gəlirlər.
Polislərin etdiyi digər iyrənc əməl ondan ibarət olub ki, qadın Abşeron Rayon Polis idarəsində döyülüb, işgəncə görən zaman, içkili halda avtomobil idarə etməsi barədə adına saxta protokol tərtib edilib və 500(beş yüz) AZN cərimə yazılıb. Digər tərəfdən sual doğuran fakt yaranmır ki, vətəndaşın görüntülərini əks etdirən fotoları sübut olaraq niyə ortaya qoyulmur?
Gəlin mətləbdən aralanmadan Nigar Məmmədovanın başına gələnlərin ardına diqqət yetirək. Novbəti gün səhər saat 5 radələrində döyülmüş, qızıl ziynət əsyalarını itirmiş üst-başi cırıq-cırıq evinə gələn qadın Abşeron Rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinin 102- qaynar xəttinə, 161 qaynar xəttinə, 192 qaynar xəttinə müraciət edib, haqqını aramağa çalışır. Abşeron Rayon Prokurorluğunun göndərişi ilə Məhkəmə Tibbi Ekspertizasına göndərilir. Nigar Məmmədovanın döyülməsi faktı qeyd edilsə də bu günə qədər heç bir qərar qəbul olunub, işin istintaqı başlanılmayıb.

Bütün bunlarla yanaşı ən acınacaqlı hal ondan ibarətdir ki, vətəndaşın bədənində o qədər döyülmə, boğulma izləri olduğu halda DİN-nin əməkdaşı Sahib Mirzəyev bunu inkar edir. (Məktubu olduğu kimi siz oxuculara təqdim edirik)
Qadın dedi körpəm var, polis dedi yoxlayım görüm südün var? -VİDEO+FOTO

Vətəndaş Nigar Məmmədova başına gətirilən bu qədər ağır hərəkətləri, üzləşdiyi polis özbaşınalığını bizə söylədi. Ona görə yox ki, biz onun dərdinə əlac edə biləcəyik. Ona görə ki, bizim vasitəmizlə səsini ölkə rəhbərinə duyurmaq istəyir. Biz isə öz növbəmizdə bir onu söyləyə bilərik ki, siz kürsülərində təkəbbürlə əyləşib, xalqı kölə gözündə görən bəzi məmurlar. Unutmayın ki, Ulu öndər dövlətin xalqa xidmət etməsini söyləyib. Prezidentimizdə bu siyasi kursu davam etdirir. Millətə atdığınız hər bir “daş”sonunda öz başınızı yaracaq

XƏBƏR LENTİ