Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib

957 29-06-2020, 22:39 siyaset

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

Xeberdar.net-in Ordu.az-a istinadən verdiyi məlumatna görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi
.

XƏBƏR LENTİ