
Bu barədə Bəyaz Hərəkatı Başqanı Hürrü Əliyevlə danışdıq.
O bildirdi ki, Əsrlərdir imperialist qüvvələrin maddi, mənəvi, fiziki təsirlərinə, onların yaratdıqları terrorist qüvvələrin həmlələrinə məruz qalaraq bölünüb-parçalanan vətənimizin, millətimizin azadlıq, istiqlal, dövlətçilik yolunda bütövlük mücadiləsi davam etməkdədir. AXC bu mücadilənin 20 -ci əsrdəki qəhrəmanlıq səlnaməsi yazan fədailər ordusudur. Bu fədailərin canı-qanı bahasına vətənimizin bir hissəsində ucalan 3 rəngli bayrağımızın bütövlükdə Azərbaycanın müqəddəs torpaqlarında dalğalanacağına əminliyini ifadə edən BƏYAZ HƏRƏKAT adından bu mücadilənin şəhidləri qarşısında baş əyir, qazilərini hörmət və sevgi ilə qucaqlayır, bu yolun davamçılarına can sağlığı, mübarizə əzmi, qələbələr arzulayırıq. Bütün AXC üzvlərini, AXC övladları olan siyasi partiyaları, ictimai təşkilatları 31-ci yaranış il dönümü münasibəti ilə təbrik edirik. Bu müqəddəs YOL Rəsulzadə ilə başlamadı, Elçi Bəylə bitmədi. O müqəddəs ruhlar bizimlədi və BİZ MÜTLƏQ QALİB GƏLƏCƏYİK."
Həmçinin bildirək ki, Partiyanın birillik hakimiyyəti dövründə Azərbaycanda çox yenilik baş verdi. Əsas məqsədi Bütöv Azərbaycan ideyasını gerçəkləşdirmək idi. Partiya fəallarından neçə-neçə oğullarımız torpaqlarımız uğrunda canlarından keçmişdir. Biz də Partiya üzvlərini və bütün Azərbaycan xalqını təbrik edir. Birlik nümayiş etdirdiklərinə görə öz təşəkkürlərimizi bildiririk.
#BeyazHerekat #AXC #EbülfezElçibey #Tebriz #baku #ButovAzerbaycan
Mirzə li
Xeberdar.net