Hərəkətçı ziyalılar Orduya Dəstək Komitəsi təşəbbüsü ilə çıxış etdilər

708 17-07-2020, 15:54 cemiyyet

Hərəkətçı ziyalılar Orduya Dəstək Komitəsi təşəbbüsü ilə çıxış etdilər

15 iyul tarixində BAO- nun təşkilatcılığı ilə “Azərbaycan müharibə ərəfəsində” mövzusunda onlayn konfrans keçirilmişdir. Konfransda politoloqlar, alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Kofransın gedişində 12 iyul tarixindən etibarən erməni qoşunları tərəfindən ölkəmizin ərazi bütövlüyünə edilən qəsd, milli ordumuzun düşmənə endirdiyi zərbələrin əhəmiyyəti, eləcə də ölkəmizdə yaranan ictimai- siyasi şərait təhlil olundu, xalqımızın birmənalı şəkildə milli ordumuza həmrəylik nümayiş etdirməsi xüsusi qeyd olundu.
Eyni zamanda xalqımızın möhtəşəm dəstək aksiyasına kölgə salmaq məqsədilə təxribat törətmək cəhdi qətiyyətlə pisləndi, səbəbləri ətrafında müzakirələr aparıldı. Müzakirələrin yekununda qərara gəlindi ki, gələcəkdə də yarana biləcək təxribat cəhdlərinin qarşısını almaq, ictimaiyyətin və xalqın könüllü təşəbbüskarlığını milli ordumuzun dəstəklənməsi və təbliği, millət-dövlət vəhdədinin təmin edilməsi sahəsinə yönəltmək məqsədilə siyasi mənsubiyyəti olmayan tanınmış ziyalılardan, nüfuzlu ictimaiyyət nümayəndələrindən, Milli Azadlıq Hərəkatı iştirakcılarından və Qarabağ qazilərindən ibarət “Orduya dəstək komitəsi” yaradılması məqsədə uyğun hesab edilsin və bununla əlaqədar cəmiyyətlə məsləhətləşmələr aparılsın .

BAO Mətbuat Xidməti

XƏBƏR LENTİ