“Azərbaycan və Türk tarixlərinin tədris saatlarını azaldanlar kimlərə xidmət edir?..”

"Təhsil Nazirliyində bu qərarı qəbul edənlər, onu əsaslandıran ekspertlər nə üçün susur?.."
“Azərbaycan və Türk tarixlərinin  tədris saatlarını azaldanlar kimlərə xidmət edir?..”
Son illər ali məktəblərimizdə Azərbaycan tarixi və Türk xalqlarının tarixi fənlərinin tədris saatlarının kəskin şəkildə azaldılması həmin fənləri gənclərimizə öyrədən ziyalılarımız arasında ciddi narahatlıq doğurmaqdadır.

Mövzu ilə bağlı müraciət etdiyimiz BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz Moderator.az-a açıqlamasında məsələyə belə münasibət bildirib.

“Bilirsiz, düşmənin, məsələn, Ermənistanın birbaşa silahlı hucumunun məqsədi Vətənimizin ayrı-ayrı ərazilərini işğal etmək, dövlət müstəqilliyimizə son qoymaq, əgər bunlar mümkün olmasa, Azərbaycanı əhəmiyyətli şəkildə zəiflətməkdir. Belə xain niyyətin həyata keçirilməsinin məkrli yollarından biri də xalqın, onun gəncliyinin öz tarixi keçmişindən, qan yaddaşından, soykökündən, genefondundan xəbərsiz, milli-mənəvi dəyərlərindən uzaq manqurt, hər qəlibə uyan amorf bir toplum kimi böyüməsinə nail olmaqdır. Təəssüf ki, son illərdə bu ideoloji istiqamətdə «görünməz düşmənin» getdikcə artan total hucumlarının şahidi olmaqdayıq. Həmin hucum çoxistiqamətliliyi ilə diqqəti cəlb edir. Bəzi şəxslərin xalqımızın taleyində əhəmiyyətli rol oynayan ayrı-ayrı siyasi xadimlərin «gözlərində tük axtarması», onların yaratdıqları dövlətin xarakter və mahiyyətini şübhə altına alan fikirlər yayması belə istiqamətlərdən biridir...

Son illər milli ideologiya sahəsində “qloballaşma” donuna bürünənlərın şiddətli hucumu Azərbaycan tarixinin və Türk xalqları tarixinin tədrisi sahəsinə daha da artmışdır. Bu cür üzdəniraq “islahat”lar nəticəsində ali məktəblərimizdə Azərbaycan tarixinin saatı Tarix fakültələrində 315-dən 210-a, qeyri-tarix fakültələrində 75-dən 60, Türk xalqlarının tarixi fənninin saatı isə 195-dən 75-ə endirilmişdir.

Maraqlıdır, görəsən, insanlara milli qürurluluq, məğrurluq əxlaqı aşılayan, onlara tarixi keçmişlərindən xəbər verən bir fənnin tədrisi kimləri və niyə narahat edir?.. Təhsil Nazirliyində bu qərarı qəbul edənlər, onu əsaslandıran ekspertlər nə üçün susur, ictimaiyyəti narahat edən bu məsələlər barədə izahat vermirlər?..

50 milyonluq Azərbaycan türkünün, 200 milyondan artıq türk xalqlarının tarixinin tədrisi planının belə tələsik, Respublika ali və orta məktəblərinin tarix müəllimlərinin, ziyalıların müzakirəsinə çıxarmadan qəbul edilməsi nə məqsəd daşıyır?.. Bunu edənlər kimlərə və nəyə xidmət edirlər”- deyə tanınmış tarixçi sual edib.



Güman edirik ki, Təhsil Nazirliyinin müvafiq qurumları tezliklə bu çox vacib ümummilli məsələyə aydınlıq gətirəcək.

Mövzunu gündəmdə saxlayacağıq.

Sultan Laçın

“Azərbaycan və Türk tarixlərinin tədris saatlarını azaldanlar kimlərə xidmət edir?..”

  • 24-07-2020, 14:33
  • 168


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tələbələr tələb edir : Dərslər əyani keçirilsin!-KAMPANİYA
  2. DSX əsgəri vəfat edib
  3. KORRUPSİYA İDARƏSİ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİB - Saxlanılanlar var
  4. “ÖLKƏ RƏHBƏRLİYİLƏ SABİQ MƏMURLARI ÜZ-ÜZƏ QOYMAQ CƏHDLƏRİ...”– Mehdiyevdən yeni mesajlar
  5. DİLİMİZ VARLIĞIMIZDIR!
  6. Muxtar” ləqəbli radikal dindar Bakıya gətirildi - DTX
  7. Məhkəmə karantinə görə polisin yazdığı cərimələri ləğv etdi
  8. Sabah yağış yağacaq, külək əsəcək
  9. “MEHDİYEVİN İŞİ-GÜCÜ O OLUB Kİ...” - “Dövlət adamlarını bir yerə yığıb...”
  10. Bakıda polis əməliyyatı:ər-arvadı döyüb pullarını aparanlardan biri tutulub
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI