“Azərbaycan tarixi fənni”nin tədrisindəki dəyişikliklərə etirazlar var

“Azərbaycan tarixi fənni”nin tədrisindəki dəyişikliklərə etirazlar var

Avqustun 15-də Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Tarix, dil və ədəbiyyatımızın tədrisinə dair yeni metodologiyaya münasibət” mövzusunda ölkəmizin tanınmış alimlərinin iştirakı ilə onlayn konfrans keçirildi.

Konfransı BAO başqanının ideoloji məsələlər üzrə müavini Dilavər Əzimli açaraq iştirakçıları salamlayaraq qeyd etdi ki, bu gün çox ciddi bir məsələnin müzakirəsinə yığılmışıq. Məsələ ondadır ki, “Azərbaycan tarixi fənni”nin tədrisi ilə bağlı tarixçilər, tarix müəllimləri bir neçə aydır ki, ciddi narahatlıq keçirirlər. O, xatırlatdı ki, Təhsil nazirliyinin Ali məktəblərə göndərdiyi layihədə “Azərbaycan tarixi” fənninin adı dəyişdirilərək “Azərbaycanın müasir dövlətçilik tarixi” qoyulmuş və qeyri-ixtisas profilli tələbələrə tarixin tədrisi 1918-ci ildən bu yana hesablanmışdı. Azərbaycanın qədim, orta, yeni dövrləri lahiyədən çıxarılmışdı. Məsələ ondadır ki, bununla bağlı BAO-nun təşkilatçılığı ilə imza kampaniyası aparılaraq, mütəxəssislərin iştirakı ilə onlayn konfrans keçirildi və ölkə başçısına da müraciət ünvanlandı. Təhsil nazirliyinə yeni nazir təyin olunandan sonra hamı səbirsizliklə dövlətçiliyimiz üçün əhəmiyyət kəsb edən bu məsələnin həllini gözləyirdi. Amma heç bir nəticə olmadı. Bu günlərdə də isə Təhsil nazirliyindən daxil olan ayrı-ayrı ixtisaslar üzrə tədris planlarında vəziyyətin dəyişmədiyinin şahidi olduq. Qeyd edək ki, hazırda təqdim olunan tədris planında fənnin adı əvvəlki variantda verilib, amma mahiyyət olduğu kimi saxlanılmışdır. Bundan əlavə, tarix fakültələrində də “Azərbaycan tarixi” saatlarını da azaltmışlar. Təxminən 315 saatdan 210 saat endirmişlər. Qərbədir ki, Təhsil nazirliyi tərəfindən bu münasibət Azərbaycan dili və ədəbiyyatı, Türk xalqları tarixinə də eyni qaydada tətbiq edilmiş, bu fənnlərin də saatları olduqca azaldılmışdır. Buna görə də biz yeni bir onlayn konfrnas keçirməyə məcbur olduq. Konfransda çıxış edən tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix elmləri doktoru, professor Sevda Süleymanova, tarix elmləri doktoru, professor Havva Məmmədova, dosent Firovsiyyə Əhmədova, dosent Boran Əziz, dosent Hacı Həsənov, dosent Faiq Ələkbərli, dosent Mübariz Ağalarlı, dosent Arzu Əşrəf, dosent Elmira Süleymanova və başqa mütəxəssislər bu vəziyyətə kəskin etiraz etdilər, qərara alındı ki, məsələ həllini tapmasa bu yöndə fəaliyyət davam etdirilsin. İlk qərarlardan biridə o oldu ki, onlayn konfrans adından bir bəyanat yayılsın. Daha sonra mütəxəssilərdən ibarət İşçi Qrupu yaradılmaq barədə qərar qəbul edildi. Qərara alındı ki, İşçi Qrup tərəfindən ilkin olaraq yeni Təhsil nazirinə müraciət edilsin və bildirilisin ki, dövlətçiliyimizə ciddi ziyan gətirə biləcək bu tədris planının fəaliyyətinin dondurulması barədə göstəriş versin. Tədris saatları əvvəlki qaydada saxlanılsın.

Eyni zamanda, məsələnin həllini yoluna qoymaq üçün Azərbaycan Respublikasının Prezidentinə, vitse-Prezidentinə və Milli Məclis deputatlarına müraciətlər olunsun. Bunlar fayda verməsə, yaranan İşçi Qrup məsələnin həllindən ötəri Təhsil nazirliyi rəhbərliyi və Prezident Aparatı əməkdaşları ilə görüşlər keçirməyə nail olsun. Alınan nəticələr barədə növbəti onlayn konfrans zamanı iştirakçıları məlumatlandırsın və bu məlumatlar əsasında da yeni fəaliyyət müəyyənləşdirilsin. Bununla da onlayn konfrans öz işini başa vurdu.
Xeberdar.net

“Azərbaycan tarixi fənni”nin tədrisindəki dəyişikliklərə etirazlar var

  • 16-08-2020, 17:21
  • 703


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
  3. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  4. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  5. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  6. Ucarda qadın qətlə yetirilib
  7. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  8. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  9. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  10. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI