Rus qoşunları Dnepropetrovsk vilayətində bir neçə yaşayış məntəqəsində mövqe əldə edib.
Xeberdar.net məlumat verir ki, bu barədə "Deep State” analitik platforması xəbər yayıb.
Məlumata görə, Rusiya ordusu Novoselovka və Berezovoye kəndlərinə daxil olub. Maliyevka, demək olar ki, tam ələ keçirilib. Həmçinin Ternovoye kəndi mühasirəyə alınıb.