FRANSA ARALIQ DƏNİZİNDƏ GƏRGİNLİYİ ARTIRIR - Yunanıstanı Türkiyə ilə münaqqişəyə təhrik edir

FRANSA ARALIQ DƏNİZİNDƏ GƏRGİNLİYİ ARTIRIR - Yunanıstanı Türkiyə ilə münaqqişəyə təhrik edirŞərqi Aralıq dənizndə gərginlik yenidən təhlükəli səviyyəyə qədər yüksəllib. Türkiyə Almaniyanın vasitçilik səylərini heçə endirən Yunanıstan-Misir dəniz razılaşmasına cavab verib və özünün «Oruc Reis» tədqiqat gəmisini hərbi freqatlarla birlikdə Aralıq dənizinə göndərib. Nəticədə Yunanıstan ordusu yüksək döyüş hazırlığı vəziyyətnə gztirilib. Bu barədə avqustun 18-də Türkiyənin «Daili Sabah» qəzeti öznün analitik materalında yazıb.

Fransa Şərqi Aralıq dənizində gərginliyin yaranmasında hiss olunacaq rol oynayır. Beşinci respublika bu yaxınlarda Kiprdə döyüş təyyarələrini yerləşdirib və Yunanıstanla birgə hərbi təlimlər keçirib. Qəzet hesab edir ki, Liviyadakı alçalmasının əvəzini çıxmağa cəhd edən prezident Emmanuel Makron Yunanıstanı Türkiyə ilə mübahisədə geri səkilməməyə çağırır.

Əksinə, Almaniyanın kansleri Angela Merkel diplomatik yolla Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında vəziyyəti sakitləşdirməyə cəhdlər göstərir.

Ancaq Almaniya hökumət başçısının aktivliyi yunanları məyus edib - Ərdoğanın xəbərdalıq etdiyi kimi, yunanlar Merkelə elə də etibar etmirlər. Türkiyə ilə Yunanıstan arasında Almaniyanın vasitəçiliyi ilə keçirilən danışıqlardan bir gün sonra Berlinə xəbər vermədən, Aralıq dənizində istisnasız iqtisadi zonalarını müəyyən etmək məqsədilə Afina Misirlə dəniz sərhədləri barədə saziş bağlayıb.

Türkiyə lideri isə bütün sahil dövlətlərinə toplaşaraq, dəniz hüququnun ədalətli bölgsünü birgə aparmaq təklifini verib.
FRANSA ARALIQ DƏNİZİNDƏ GƏRGİNLİYİ ARTIRIR - Yunanıstanı Türkiyə ilə münaqqişəyə təhrik edir
«Bu təklif və Merkelin diplomatik səyləri Avropa İttifaqı üzvlərinin dəstəyinə layiqdir. Antitürk fomatı formalaşdırmaq cəhdi ilə Makron nəinki Almaniya kanslerinin fəaliyyətini heçə endirir, həm də dünyaya göstəir ki, nə üçün indiyə qədər Avropa İttifaqının (Aİ) ardıcıl xarici siyasəti yoxdur. Beləliklə o, Suriya və Liviya böhranları zamanı ikinci plana sıxışdırılmış Avropa İttifaqını yeni gücsüz səviyyəyə çəkir. Makron həm də Şərqi Aralıq dənizindəki sonu görünməyən münaqişəni dəstəkləyir və sübut etmək istəyir ki, Avropa İttifaqı sadəcə «böyük strategiya» işləyib hazırlamağa qadir deyil» - Daili Sabah yazır.

Aİ-nın fövqəladə iclasını çağırmaq və Avropa güclərinin Türkiyəyə qarşı sanksiya və hərbi-dəniz donanmalarını tətbiq etmək barədə qərar verilməsi özlüyündə hamı üçün düzgün olmayan siqnaldır. Şübhə yoxdur ki, türklər bölgədə özlərinin dəniz hüquqlarının məhdudlaşdırılması cəhdlərinə müqavimət göstərəcəklər. Cari çağırış partiya çərçivəsindən çıxır. Hökumətnyönlü nəşr xəbərdarlıq edir ki, əgər Aİ antitürk addım atarsa, Ankara qarşısında milli varlıq məsələsində yeni sual baş qaldıracaq və türk xalqı sərt stil barədə danışacaq.

Şərqi Aralıq dənizinin Liviya ilə bir tərəfində, Kipr ətrafında digər tərəfində yaranmış gərginlik Türkiyə-Yunanıstan münasibətlərinin bütün aspektlərinə təsir göstərə bilər. Münasibətlər Egey dənizində fikir ayrılıqlarının dərinləşməsinə aparan «ideal qasırğa»ya çevrilə bilər.
FRANSA ARALIQ DƏNİZİNDƏ GƏRGİNLİYİ ARTIRIR - Yunanıstanı Türkiyə ilə münaqqişəyə təhrik edir
Şərqi Aralıq dənizində qarşıdurma Böyük Avropanın bu hissəsində status-kvonun sona qədər dağılmasına səbəb ola bilər. NATO üzrə iki həmkar - Türkiyə və Yunanıstan arasında qızğın münaqişə Şərqi Aralıq dnizini dünyanın siyasi gündəliyində daha da əhəmiyyətli amilə çevirər.
«Aydın olmaq üçün, qeyd edilməlidir ki, söhbət təkcə Türkiyə ilə Yunanıstan apasında Egey dənizi, Kipr və Şərqi Aralıq dənizi uğrunda rəqabətdən getmir. Qlobal və bölgəsel güclərin müdaxilə imkanları Yaxın Şərqi, Şimali Afrikanı və Avropanı sorub udacaq gepolitmk «qara dəlik» yarada bilər. Bu yolla getmək əvəzinə, dünya resursların ədalətli bölgüsündən və sabitliyin nəfinə əməkdaşlıqdan keçən seçim ediməlidir» - deyə, qəzet mövzuya yekun vurur./AzPolitika.info

FRANSA ARALIQ DƏNİZİNDƏ GƏRGİNLİYİ ARTIRIR - Yunanıstanı Türkiyə ilə münaqqişəyə təhrik edir

  • 20-08-2020, 09:04
  • 680


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  3. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  4. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  5. Ucarda qadın qətlə yetirilib
  6. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  7. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  8. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  9. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
  10. "Kommersant" Ermənistana "İsgəndər M" raketinin nə vaxt verildiyi haqda yazıb
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI