Goranboyda iki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb

538 4-10-2020, 10:25 cemiyyet / hadise

Goranboyda iki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb

Goranboyda iki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb
Goranboyda iki minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə Zeyvə-Səfikürd avtomobil yolunda baş verib.

Qəza nəticəsində aralarında yeniyetmələr və 2016-cı il təvəllüdlü azyaşlı olmaqla 11 nəfər Zeyvə kənd sakini xəsarət alıb. Onlardan 1984-cü il təvəllüdlü Rzayeva Təhminə Vəli qızı və 1960-cı il təvəllüdlü Aslanova Ramiyə Nəzir qızına rayon xəstəxanasında lazımi tibbi yardım göstərilib, 2 nəfər rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ