Hülusi Akar: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”

Hülusi Akar: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”

Ermənistan terror təşkilatları ilə əməkdaşlığı dayandırmalı və təcili olaraq işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməlidir.

Xəbərdar.net “Haber Global” -a istinadən məlumat verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hülusi Akar deyib.

“Azərbaycan Silahlı Qüvvələri öz gücünə işğal altındakı torpaqlarını qaytarmaq iqtidarındadır.

Azərbaycan ordusunun hər bir əsgəri Mübariz İbrahimovdan ilhamlanır və onun kimi cəsurdur. Ermənistan yalan və böhtanı bir kənara qoyub terror qruplaşmaları ilə əlaqələrini kəsməlidir. Terrorçuları geri qaytarmalı və işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir. Daha 30 il gözləməyə vaxtımız yoxdur.

Problem dərhal həll olunmalıdır. Həmişə və hər yerdə qürurla ifadə etdiyimiz kimi Azərbaycanın problemi problemimiz, sevinci sevincimizdir”, - deyə türkiyəli nazir bildirib.

Hülusi Akar: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”

  • 8-10-2020, 17:02
  • 311


Oxşar mövzular
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI