Hürrü Əliyev: “Bizim döyüş və mübarizə ruhumuzu kimsə zədələyə bilməz”

Hürrü Əliyev: “Bizim döyüş və mübarizə ruhumuzu  kimsə zədələyə bilməz”

“30 ilə yaxındır ki, sürən danışıqlar yanlız son beş ilə qədər hansısa bir əhəmiyyət kəs edirdi. 2015-dən bəri millət özü üçün müəyyən etdi ki, bu danışıqlar faydasızdır. Artıq iki ildir ki, xalqın birmənalı tələbi müharibədir. Ya qarabağ, ya ölüm. Biz də düşünürdük ki, millət buna hazırdırmı? Və gördük ki, hazırdır. Həm də bütün gücü ilə”

Təhsilpress.az saytı xəbər verir ki, bu sözləri Bəyaz Hərəkat başqanı Hürrü Əliyev deyib. O, bildirib ki, biz həm xalq, həm dövlət, həm də əsgər olaraq savaşa hazır idik:

“Ordumuz, əsgərimiz hazır idi. Amma millət? Son bir ildə isə biz gördük ki, bəli, millət də savaşa hazırdır. Bu gün çox önəmli tarixdir. Azərbaycan türkünün son 30 ildə növbəti dəfə böyük milli oyanışı və torpaqlarının bütövlüyü uğrunda bütün gücünü ortaya qoymasını görürük. Vəzifəsindən və peşəsindən asılı olmayaraq hər kəs bu haqq yolumuzda birdir. Humanitar atəşkəs elan olunandan sonra biz gördük ki, xalq bu qərara əks reaksiya verir. Çünki millətin döyüş ruhu son qarış torpaqlarımızın azadlığınacan uzanır. Ordumuz da göstərdi ki, biz torpaqlarımızı işğaldan azad etməyə qadirik”.

Hərəkat başqanı qeyd edib ki, biz də Bəyaz Hərərkatı olaraq bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq:

“Biz vətən müharibəsi aparırıq. Bu gün hər kəsin tərəfi bəlli olur. Hamımız gördük ki, qardaş Türkiyə hər mənada yanımızda olduğunu bir daha göstərdi. Eyni zamanda, bir neçə ölkə bizim haqq savaşımızda yanımızdadır. Bu, bizi sevindirir və qürurlandırır. Mən qardaş Türkiyə başda olmaqla bu haqq işimizdə bizim tərəfimizdə olan bütün dövlətlərə, millətlərə öz təşəkkürümü bildirirəm. Qoy, dünya da görsün ki, bizim xalq olaraq savaş ruhumuzu heç nə zədələyə bilməz.

Onu da qeyd edim ki, Biz Bəyaz Hərəkat olaraq bütün gücümüzlə ordumuzun yanındayıq. Ətrafımızda olan minlərlə gənc də bütövlükdə xalqımızın, dövlətimizin, ordumuzun yanındadır. Biz həmişə xalqı birliyə səsləmişik. Şükürlər olsun ki, bu gün o birliyi görürük. Hər kəs eyni bir məqsəd üçün vuruşur. Millətimin bu birlik nümayişi isə məni çox sevindirir”.

Xeberdar.net

Hürrü Əliyev: “Bizim döyüş və mübarizə ruhumuzu kimsə zədələyə bilməz”

  • 16-10-2020, 15:26
  • 138


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qubada ağac qətlamı davam edir
  2. QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR! -Səmayə Həsənova | Münasibət
  3. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  4. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  5. Qobustanda kütləvi dava: Bir nəfər bıçaqlandı, üç nəfər döyüldü
  6. PAŞİNYAN TƏSLİM OLMAĞI TƏKLİF EDİR! – Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma...
  7. PAŞİNYANIN TÜRKİYƏYƏ QARŞI PLANLARI İFŞA EDƏN CÜMLƏSİ… –Ankara yeni dövrə öz xəritələriylə gedəcək - TƏHLİL
  8. Ordumuz bir sıra əraziləri işğaldan azad etdi-SİYAHI
  9. “Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” –Prezidentin köməkçisi
  10. Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI