“Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb” - Müdafiə Nazirliyi

462 31-10-2020, 09:30 cemiyyet

“Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb” - Müdafiə NazirliyiErmənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.

Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək", - deyə məlumatda bildirilir.

XƏBƏR LENTİ