Hürrü Əliyev: "Bu Vətəni parçalayıb farsa verən bu torpaları işğal edib erməniyə verən məhz bu gün Azərbaycana girən rus ordusdur."

560 11-11-2020, 15:52 siyaset

Hürrü Əliyev: "Bu Vətəni parçalayıb farsa verən bu torpaları işğal edib  erməniyə verən məhz bu gün Azərbaycana girən rus ordusdur."
Xəbərdar.net xəbər verir ki, Bəyaz Hərəkatı Başqanı Hürrü Əliyev Rus sülhməramlılarının Qarabağa gətirilməsinə münasibət bildirib. O bildirib ki, Şəhidlərimizin qanı bahasına və millətimizin min bir fədəkarlığı nəticəsində geri alınan ərazilərimizə, Şəhidlərimizin qanı bahasına və yenə də millətimizin min bir fədakarlığı nəticəsində 28 il öncə Azərbaycandan çıxarılmış rus ordusunun yenidən torpaqlarımıza gətirilməsini bu millət qəbul etməyəcək.
Hansı ad altında gəlməsindən aslı olmayaraq "sülhməramlıların" Azərbaycan torpaqlarına girməsi qəbul olunmazdır.
Biz rusun və farsın bu 44 gündəki susqunluğunun bir qarşılığı var deyə danışırdıq bizi az qala öz doğmalarımız belə qəbul etmək istəmirdi.
Biz bu rusunda, farsında siyasətinə, oyununa, gönünə 40 ildir bələdik.
200 ildir də bu millət rusun farsın və onlara satılanların əzabı ilə qarşı qarşıyadır. Bu Vətəni parçalayıb farsa verən bu torpaları işğal edib erməniyə verən məhz bu gün Azərbaycana girən rus ordusdur.

Millət bunu tam dərk etməsə qalib yox məğlubuq. Rus ordusunun Azərbaycana girməsi erməni ilə farsı millətimizə qarşı dahada azğınlaşdıracaq. Uğrunada minlərlə şəhid verək sonrada gətirib
Qarabağı rus ordusuna təhfil verək. Rus ordusu Qarabağdan çıxmayınca Qarabağ Azərbaycanın deyil. Nə milləti nə özümüzü aldatmayaq.

Mirzə li
Xəbərdar

XƏBƏR LENTİ