Ərdoğandan türk PUA-larına kamera satmaqdan imtina edən Kanadaya mesaj:"İndi özümüz daha yaxşısını istehsal edəcəyik"

515 12-11-2020, 21:11 cemiyyet / dunya

Ərdoğandan türk PUA-larına kamera satmaqdan imtina edən Kanadaya mesaj:"İndi özümüz daha yaxşısını istehsal edəcəyik"“Son vaxtlar qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz də ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq”, – deyə Ərdoğan vurğulayıb/APA.

XƏBƏR LENTİ