“Liman Konserv zavodu”na işə düzəlmək istəyən sürücü dələduzluğun qurbanı oldu - FOTOFAKT...

621 13-11-2020, 11:40 kriminal

“Liman Konserv zavodu”na işə düzəlmək istəyən sürücü dələduzluğun qurbanı oldu - FOTOFAKT...Lənkəran şəhər sakini Məmmədli Şəhriyar İqbal oğlu redaksiyamıza şikayət edərək aldadıldığını bildirib.

O, başına gələnləri Moderator.az-a belə danışıb:

“Tap.az” saytından iş axtaranlar bölməsindən “Liman konserv zavodu”na işçilər tələb olunduğunu gördüm və sürücü vakansiyası üzrə CV yazıb şirkətə göndərdim. CV-im qəbul olunandan sonra mənə bildirdilər ki, “noyabrın 9-da işiniz başlayır. Vəzifənizin və işinizin mahiyyəti ofisdə sizinlə söhbət əsnasında təyin olunacaq və təsdiqlənəcək. Siz “milliön” aparatı vasitəsilə 45 manat rüsum köçürməlisiniz. Bu yeni qəbul olunan işçilərin və əməyin sığortası üçün nəzərdə tutulub. İcbaridir, ödənilməlidir”.

Mən də “Unibank”a daxil olaraq Şahbazov Ramil Qurban oğlunun adına 45 manat rüsumu ödədim. Bundan sonra isə mən heç kimlə əlaqə saxlaya bilmədim. Zəng vurduğum nömrələr söndürüldü və əlaqə kəsildi. Xahiş edirəm bu dələduzluğu edən şəxslər aidiyyatı qurumlar tərəfindən cəzalandırılsın.
Redaksiyadan: Şikayətçiyə bildiriblər ki, adınızı şirkətin www.limankonserv.az saytına daxil olaraq yoxlaya bilərsiniz. Lakin nə biz, nə də şikayətçi sayta daxil ola bilmədi. Sayt işləmirdi. Belə məlum olur ki, Ş.Məmmədli həqiqətən də dələduzluğun qurbanı olub.

Vasif Əlihüseyn

XƏBƏR LENTİ