İcra başçısı cəbhədəki əsgərin evini sökdürdü – FOTOLAR

561 17-11-2020, 20:30 siyaset / cemiyyet

İcra başçısı cəbhədəki əsgərin evini sökdürdü – FOTOLAR

Suraxanı Rayon İcra hakimiyyətinin Başçısı Əziz Əzizov ön cəbhədə könüllü olaraq döyüşən əsgər İlman Qurbanovun tikilməkdə olan evini sökülüb.

Xeberdar.net məlumat verir ki, bu barədə əsgərin qardaşı İldırım Qurbanov sosial şəbəkədə paylaşım edib.

O hər kəsdən məsələyə biganə qalmamağı xahiş edib: “Sizə məlumat verdiyim kimi kiçik qardaşım Qurbanov İlman Daşdəmir oğlu Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq müzəffər Ordumuzun sıralarına qatıldı. Hal-hazırda da döyüş bölgəsindədir.

Döyüşə getməzdən öncə Binə qəsəbəsində, Suraxanı rayonun ərazisində yerləşən yaşayış massivində özunə ev tikirdi. Evi 8 daş qaldırmışdı. Orduya gedəndən sonra tikinti dayandı. Ötən gün Suraxanı Rayon İcra hakimiyyətinin işçiləri (Hövsan icra nümayəndəliyini əməkdaşları da ola bilər. Ətrafdan görən şəxlərin sözlərinə görə süd rəngində olan 902 nömrəli “Prado” gəlib, texnika gətirib və dağıdıb) heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən tikintini darmadağın ediblər! Xahiş edirəm ictimailəşdirin”.
İcra başçısı cəbhədəki əsgərin evini sökdürdü – FOTOLAR
İcra başçısı cəbhədəki əsgərin evini sökdürdü – FOTOLAR
İcra başçısı cəbhədəki əsgərin evini sökdürdü – FOTOLAR

XƏBƏR LENTİ