Fransanın 9 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü

467 26-11-2020, 17:24 cemiyyet

Fransanın 9 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdüFransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini geri götürüb.

"Report"un yerli bürosu xəbər verir ki, qətnaməyə səs verən senatorlar Férat Françoise, Philippe Bonnecarrière, Alain Duffourg, Évelyne Perrot, Nadia Sollogoub səslərini geri götrərək bitərəf olduqlarını bildiriblər. Anne-Catherine Loisier, Hervé Maurey və Jean-Pierre Moga isə səslərini geri götürərək ümumiyyətlə səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər.

Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.

XƏBƏR LENTİ