“Azərbaycan bankları şəhid ailələrinə güzəştə getməlidir” - Vahid Əhmədov

“Azərbaycan bankları şəhid ailələrinə güzəştə getməlidir” - Vahid Əhmədov“Əmanətlərin sığortalanması məsələsi bizi həmişə narahat edir. Bu, bank sistemi üçün də müəyyən əhəmiyyət daşıyır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

“Biz banklar bağlananda çoxlu şikayətlər alırdıq. Bankların görəcəyi böyük işlər qabaqdadır. Artıq Hadrutda “Beynəlxalq Bank”ın terminalı qoyulub. Digər banklar da bu prosesdə iştirak etməlidirlər. Bizə müharibə əlilləri, şəhid ailələrindən çoxlu şikayətlər daxil olur. Banklar həmin ailələrə güzəştə getməlidir. Xahiş edirəm ki, bu məsələ öz həllini tapsın”, - o qeyd edib.

Xeberdar.net

“Azərbaycan bankları şəhid ailələrinə güzəştə getməlidir” - Vahid Əhmədov

  • 9-12-2020, 12:26
  • 238


Oxşar mövzular
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI