Cəbrayılda daha 20 erməni meyiti tapıldı - Noyabrın 13-dən sonra 802 erməni leşi tapılıb

622 11-12-2020, 23:38 cemiyyet

Cəbrayılda daha 20 erməni meyiti tapıldı - Noyabrın 13-dən sonra 802 erməni leşi tapılıbİtkin düşmüş erməni hərbçilərinin qohumlarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində axtarış əməliyyatlarında iştirak etməyə icazə verilib.

Virtualaz.org-un erməni KİV-inə istinadən məlumatına görə, Ermənistan Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Unan Tadevosyan bildirib ki, axtarış işləri əsasən Füzuli və Cəbrayıl istiqamətində aparılır.

“Dünən Cəbrayılda 20, Talışda isə 1 isə hərbçinin meyiti tapıldı”, - Tadevosyan bildirib.

Tadevosyan onu da bildirib ki, noyabrın 13-dən etibarən axtarış-xilasetmə əməliyyatlarında 802 meyit, həmçinin sağ erməni əsgəri aşkar edilib. Onu noyabrın 14-də Şuşa meşələrində tapıblar. Həmin gün həmin yerdə yaralı Azərbaycan əsgəri də aşkar edilib.

Xeberdar.net

XƏBƏR LENTİ