Gürcüstanın baş nazirliyinə namizəd parlamentə təqdim olunub

476 14-12-2020, 14:04 dunya

Gürcüstanın baş nazirliyinə namizəd parlamentə təqdim olunub

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Giorgi Qaxariyanın baş nazir vəzifəsinə namizədliyini parlamentə rəsmən təqdim edib.

“Report”un yerli bürosu xəbər verir ki, bundan sonra G.Qaxariya hökuməti formalaşdırmağa başlayacaq.

Yeni hökumətin tərkibi müəyyən olunandan sonra təsdiqlənmə üçün qanunverici orqana göndəriləcək. Hökumətə etimadın göstərilməsi üçün ən azı 76 deputatın dəstəyi tələb olunur.

Qeyd edək ki, 45 yaşlı G.Qaxariya 2019-cu ilin sentyabrından hökumət başçısı vəzifəsini tutub. Bundan öncə o, daxili işlər naziri olub.

Xeberdar.net

XƏBƏR LENTİ