"NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verəcək" - Hulusi Akar

476 15-12-2020, 17:45 dunya

"NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verəcək" - Hulusi AkarNATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı kökündən sarsıdacağı da aydındır.

Trend xəbər verir ki, bu fikri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı açıqlamasında bildirib.

İki ölkə arasındakı mövcud hərbi, siyasi münasibətlərə uyğun olmayan bu qərarı qınadıqlarını vurğulayan nazir deyib: “Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı. Ciddi hava hücumu təhdidi altında olan ölkəmizin və 83 milyon vətəndaşımızın təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görülür və görüləcək. NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı kökündən sarsıdacağı da aydındır. Ölkəmizin, millətimizin müdafiəsini və təhlükəsizliyini təmin etmək səyləri əzm və qətiyyətlə davam edəcək”.

XƏBƏR LENTİ