Füzuli və Cəbrayılda daha 64 erməni hərbçinin meyiti tapılıb –Axtarış prosesində itkin hərbçilərin ailələri də iştirak edirlər

613 16-12-2020, 15:40 cemiyyet

Füzuli və Cəbrayılda daha 64 erməni hərbçinin meyiti tapılıb –Axtarış prosesində itkin hərbçilərin ailələri də iştirak edirlərDağlıq Qarabağ müharibəsində ölən erməni hərbçilərin meyitlərinin axtarışları davam edir.

Armepress-in verdiyi xəbərə görə, Füzuli və Cəbrayıl rayonlarında aparılan axtarışlar nəticəsində daha 64 erməni hərbçinin meyiti götürülüb.

Bildirilib ki, indiyə qədər aparılan axtarış prosesi nəticəsində ümumilikdə 892 erməni hərbçinin meyiti götürülüb.

Axtarış prosesində ölən hərbçilərin ailələri və yaxınları da iştirak edirlər/APA.

XƏBƏR LENTİ