Partiya sədri dövlət orqanlarına müraciət etdi-“ Bu icra başçısının əməlinə hüquqi qiymət verin”

1 140 17-12-2020, 01:58 siyaset / gundem

Partiya sədri  dövlət orqanlarına müraciət etdi-“ Bu icra başçısının əməlinə hüquqi qiymət verin”


Tərtər rayon icra başçısı Müstəqim Məmmədovla bağlı dəfələrlə sosial şəbəkələrdə müxtəlif məzmunlu şikayətlərə rast gəlmişəm.
Maraqlı məqamlardan biri budur ku, icra başçısından ən çox şikayət edən Şəhid, Qazi ailələridir.
Xeberdar.net məlumat verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə özünün feysbuk səhivəsində yazıb.


Partiya sədri sonra qeyd edir ki,səlahiyyətli dövlət qurumları illərdir çoxsaylı şikayətlərə nədən diqqət ayırmır, niyə icra başçısına vəzifəsinin xalqa xidmət olduğunu deyən yoxdur?
Yoxsa Müstəqim Məmmədov əvəzedilməzdir, ya qəhrəman Tərtər əhalisi bu tip başçını haqq edir?
Şikayətlərin motivinə varmadan səlahiyyətli dövlət qurumlarına ( Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyevə, DTX-nın rəhbəri cənab Əli Nağıyevə) müraciət edirəm:
Bu icra başçısının əməlinə hüquqi qiymət verin, onun adamları, xüsusilə, şəhid ailələrini, qaziləri təhqir etməsinə, aşağılamasına imkan verməyin. Tərtər düşmənin iki addımlığında illərdir mübarizə aparır, o şəhərə və sakinlərinə onlara layiq insanlar rəhbərlik etməlidir.

P. S. Çoxsaylı şikayətlər , müraciət edən xeyli sakinlər var. Video materiallar sosial şəbəkələrdə yayılıb. Əlavə faktlar axtarmağa ehtiyac yoxdur. İcra başçısı təkcə rüşvət alarkən tutulmur, həm də vəzifəsini yerinə yetirməyəndə, qanunları başqa formada pozanda da həbs edilir.

Xeberdar.net

XƏBƏR LENTİ