İnsanın ömrünü azaldan məhsul açıqlandı

6 085 6-01-2021, 09:16 maraqli

İnsanın ömrünü azaldan məhsul açıqlandıMal və qoyun əti insanın, xüsusən kişilərin ömrünü azaldır.

“Report” xəbər verir ki, bu barədə Amerika tədqiqatçılarının məlumatlarına istinadən “Express” nəşri yazır.

Ekspertlər orta yaşı 53 il olan 43 272 kişiyə dair məlumatı öyrəniblər. Yoxlanılanlar sınaq müddətinin əvvəlində hər hansı ürək-damar və onkoloji xəstəliklərdən əziyyət çəkməyiblər.

Məlum olub ki, mal ətindən istifadə edən kişilərdə ürək-damar xəstəliklərinin inkişafı ehtimalı yüksəkdir. Ekspertlər bu qənaətə gəliblər ki, bu məhsul rasionundan imtina insanın ömrünü əhəmiyyətli dərəcədə uzada bilər.

Ət, xüsusən donuz və kolbasa kişilərdə ölüm riskini artırdığı kimi, ürək-damar xəstəliyi kimi xroniki xəstəliklərin olması ehtimalını da artırır.

Bu baxımdan mütəxəssislər ətin tamamilə buğda ilə əvəz edilməsini məsləhət görürlər.

Xeberdar.net

XƏBƏR LENTİ