Qobustanda Gənclər təltif edildi - FOTOLAR

1 133 2-02-2021, 16:13 cemiyyet / bolge

Qobustanda Gənclər təltif edildi - FOTOLAR
Qobustanda gənclər təltif edildi.

Xəbərdar.net xəbər verir ki, Qobustan rayonunda "Gənclər günü" münasibətilə Qobustan rayonundan olan Vətən Müharibəsi qazilərinə, rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərən bir qrup gənc Rayon İcra Hakimiyyəti və Gənclər və idman idarəsi rəhbərliyi tərəfindən təltif edilmişdir.
Pandemiya şəraitinə uyğun olaraq keçirilən təltifetmə mərasimində Gənclər və İdman Nazirinin müavini, Qobustan Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov, Gənclər və İdman idarəsinin müdiri Qadir Əkbərov, Qobustan Gənclər evinin direktoru Anar İrzaquliyev və əməkdaşlar iştirak etmişdir.
Rayon İcra Hakimiyyəti başçısı gənclərə və qazilərə öz təşəkkürünü bildirmiş, Vətən Müharibəsindəki zəfərdən söhbət açmışdır.
Qeyd edək ki, təltif olunanlar içərisində Xeberdar.net portalının əməkdaşı Mirzə Mirzaliyev də var.
Əməkdaşımız İcra Hakimiyyəti başçısı Adil Məmmədov tərəfindən təltif edilib.

Qobustanda Gənclər təltif edildi - FOTOLAR

Qobustanda Gənclər təltif edildi - FOTOLAR


Gənclər və İdman idarəsinin müdiri Qadir Əkbərov Qobustan gənclərinin hər bir sahədə fərqləndiklərini bildirib.
Qobustanda Gənclər təltif edildi - FOTOLAR



XƏBƏRDAR.NET

XƏBƏR LENTİ