Azərbaycanda satışa çıxarılan milyonluq mülklər KİMLƏRİNDİR?

Azərbaycanda satışa çıxarılan milyonluq mülklər KİMLƏRİNDİR?Prezidentin məmurlarla bağlı çıxışından, islahatlarından və sosial şəbəkələrdə bununla bağlı müzakirələrdən sonra dəbdəbəli, milyonluq əmlaklar satışa çıxarılmağa başlayıb. Əmlak satışını monitorinq edən ekspertlər bildirib ki, son 10 gündə dəbdəbəli malikanələrlə yanaşı, şəhərin mərkəzi hissələrində lüks mənzillərin, biznes obyektlərinin və torpaq sahələrinin satışa çıxarılması sürətlə artıb.

Milyonluq mülklərin birdən-birə satışa çıxarılması məmurların öz əməlləri ört-basdır etməsi üçün bir çıxış yoludurmu? Pandemiya dönəmində və müharibədən çıxmış bir ölkədə bu mülklər üçün alıcı qüvvəsi varmı?

Avropa.info-nun məlumatına görə, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, burada müəyyən görüntü xarakterli addımlar da var. Onuz sözlərinə görə, bu məsələ vəziyyətdən çıxış yolu olmayacaq.

“Bu zaman-zaman baş vermiş məsələdir. İndi də oxşar məsələ biraz başqa formatda davam etməkdədir. Hesab etmirəm ki, məmurların əksəriyyəti öz əmlaklarını, villalarını çox qısa müddətdə satmaq və ondan əlini üzmək niyyətindədir. Burada təbii ki, müəyyən görüntü xarakterli addımlar da var. Adətən bizim fəaliyyət sahəmiz elədir ki, bu cür məsələləri daha tez müşahidə edirik. Hər hansısa bir məmur ya öz əmlakını dərhal satışa qoyur, ya qiymətləndirməyə çıxardır və yaxud da kənardan böyük məbləğdə kredit resursu cəlb etmək istəyir və s. İndiki mərhələdə də buna oxşar proses gedir, amma təəssüflər olsun ki, əvvəlki dönəm keçdi artıq. Bazarda o cür milyonluq, bahalı mülklərin alıcıları çox azdır. Əvvəl deyək ki, bu cür məmur şəbəkələri həddindən artıq çox idi. Birinin satdığını digər məmur dərhal ucuz qiymətə alırdı. İndi vəziyyət dəyişib və alıcı tapmaq da problemdir. Buna görə də, hesab etmirəm ki, bu çıxış yoludur”.

Düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Bəzi məmurlarla bağlı dövlətin müəyyən istiqamətlərdə şübhələri var və məbtuatda müxtəlif istiqamətlərdə informasiyalar da var ki, həmin məmurlar dövlət əmlakını küllü miqdarda mənimsəyib. Hesab edirəm ki, bu cür satışlar o məsələlərin tam şəkildə araşdırılması üçün bir siqnal ola bilər. Bu məsələ vəziyyətdən çıxış yolu olmayacaq. Bu dəfə fərqli bir vəziyyətdir”,-deyə bildirib.

Azərbaycanda satışa çıxarılan milyonluq mülklər KİMLƏRİNDİR?

  • 12-02-2021, 16:52
  • 307


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Putin Qarabağa görə Təhlükəsizlik Şurasını TOPLADI
  2. Prezidentin köməkçisi karantin rejiminin yenidən sərtləşdiriləcəyi iddialarına münasibət bildirib
  3. NECƏ EDƏK Kİ, YENİ RAMİZLƏR, ZİYALAR, FAZİLLƏR YETİŞMƏSİN? - Əlimizlə verdiyimizi, ayağımızla axtaranlar olmuşuq...
  4. Ukraynada azərbaycanlı iş adamı itkin düşüb
  5. Şəhid polkovnik-leytenant dəfn edildi
  6. Ermənistanın müxalifət lideri vətəndaş müharibəsi ehtimalından danışdı
  7. "UŞAQLARIMIZI GİZLİNCƏ QARABAĞA APARIRLAR..." - Ermənistandan sensasiyalı VİDEOREPORTAJ
  8. ANALOQSUZ ÖLKƏNİN ÖLÜMÜNÜ GÖZLƏYƏN VƏTƏNDAŞLARI
  9. QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır –RƏSMİ
  10. ERMƏNİSTAN HƏRBÇİLƏRİ QARABAĞA NİYƏ BURAXILIR? – “Azərbaycan öz xəbərdarlığını edib”
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI