ERMƏNİSTANDA PARLAMENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI... - Paşinyan rəqiblərinə böyük fərqlə qalib gəldi...

768 21-06-2021, 09:00 dunya

ERMƏNİSTANDA PARLAMENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI... - Paşinyan rəqiblərinə böyük fərqlə qalib gəldi...Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb.

“Sputnik” xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 %-ni toplamaqla qalib gəlib.

Ermənistanın esk-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21 % səs toplayıb.

“Şərəf duyuram” bloku 5,2, %, “Çiçəklənən Ermənistan” 3.9, "Respublika" partiyası isə 3% səs toplayıb. Ancaq onlar seçki baryerina aşa bilmədikləri üçün parlamentə düşə bilməyiblər. Bütün qalan iştrakçıların 2 faizdən aşağı sıəs alıblar.

Qeyd edək ki, Nikol Paşinyan Sünik və İrəvan da daxil olmaqla Ermənistanın bütün bölgələrində qalib gəlib.

XƏBƏR LENTİ