TÜRKİYƏ ORDUSU HƏRBÇİLƏRİMZƏ "ÖN HAVA NƏZARƏTİ" TƏLİMİ KEÇDİ - Bu təlim hansı məqsədlə keçirilir?

TÜRKİYƏ ORDUSU HƏRBÇİLƏRİMZƏ "ÖN HAVA NƏZARƏTİ" TƏLİMİ KEÇDİ - Bu təlim hansı məqsədlə keçirilir?Türkiyənin Milli Müdafiə Nazirliyi özünün Twitter səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin personalına “Ön Hava Nəzarəti” təlimi keçdiyini bəyan edib. Virtualaz.org xəbər verir ki, nazirliyin qısa açıqlamasında bildirilir: “İkitərəfli hərbi əməkdaşlıq çərçivəsində Hava Qüvvələri Komandanlığımız tərəfindən Azərbaycan Silahlı Qüvvələri personalına yaxın hava dəstəyi fəaliyyətləri çərçivəsində “Ön Hava Nəzarəti” təlimi keçilib”.
TÜRKİYƏ ORDUSU HƏRBÇİLƏRİMZƏ "ÖN HAVA NƏZARƏTİ" TƏLİMİ KEÇDİ - Bu təlim hansı məqsədlə keçirilir?
Qeyd edək ki, xüsusən də 44 günlük müharibənin ardınca Azərbaycanla Türkiyə orduları arasında qarşılıqlı əməkdaşlıq, birgə təlimlər və Azərbaycan ordusu personalının Türkiyədə təlim-tədris prosesinə cəlb olunması intensivləşib. Az qala hər həftə Azərbaycanla Türkiyə silahlı qüvvələri hansısa birgə fəaliyyətlər icra edirlər, Azərbaycan ordusunun personalı qruplar halında Türkiyədə təlim kurslarına cəlb olunur. Bütün bunlar Azərbaycan ordusunun Türkiyə ordusu standartlarında yenidən qurulması fəaliyyətlərinin tərkib hissəsidir.
TÜRKİYƏ ORDUSU HƏRBÇİLƏRİMZƏ "ÖN HAVA NƏZARƏTİ" TƏLİMİ KEÇDİ - Bu təlim hansı məqsədlə keçirilir?
Bəs “Ön Hava Nəzarəti” nə deməkdir və bu təlim hansı məqsədlə keçilir? virtualaz.org internet mənbələrinə istinadən qeyd edir ki, ön hava nəzarəti dedikdə döyüşən qüvvələrə yaxın hava dəstəyi verən hücum vertolyotları və təyyarələri tərəfindən təyin edilmiş hədəflərin vurulmasına, bu zaman dost qüvvələrə zərər verilməməsinə yönəlmiş döyüş fəaliyyətləri nəzərdə tutulur. Bu vəzifə Ön Hava Nəzarəti (Forward Air Controller) tərəfindən yerinə yetirilir.

ABŞ hərbi dərsliklərində göstərilir ki, ön cəbhədəki düşmən hədəfləri əsasən dost qüvvələrə yaxındır və bu səbəbdən dost qüvvələr hava dəstəyi zamanı öz hava vasitələrinin zərbələrinə məruz qala bilər. Təhlükə iki istiqamətdən qaynaqlanır: pilot yerdəki dost birliklərini görə bilməmək təhlükəsi qarşısındadır, bu zaman kamuflyaj, sürətlə dəyişən situasiya və müharibə meydanındakı süni yaradılmış duman riskləri artırır.
TÜRKİYƏ ORDUSU HƏRBÇİLƏRİMZƏ "ÖN HAVA NƏZARƏTİ" TƏLİMİ KEÇDİ - Bu təlim hansı məqsədlə keçirilir?
Bu səbəbdən Ön Hava Nəzarətçisinin (FAC) , başqa sözlə desək, ön cəbhə üzərində hava məkanında hərəkətə nəzarət edən dispetçerin əsas funksiyası cəbhə xətti üzərində hava hərəkətini nizamlamaq, qoşunlara yaxın hava dəstəyinin göstərilməsi zamanı dost qüvvələri bu zərbələrdən qorumaqdır. FAC atəş dəstək qrupunun və ya hava taktiki idarəetmə qrupunun bir hissəsi ola bilər. Eyni zamanda onların yerdə də fəaliyyət göstərməsi mümkündür. Ön Hava Nəzarətinə dair təlimat və qaydalar bir çox hərbi münaqişələrin təcrübəsi əsasında işlənib hazırlanıb. Türkiyə bu sahədə NATO standartlarına əsaslanır.
TÜRKİYƏ ORDUSU HƏRBÇİLƏRİMZƏ "ÖN HAVA NƏZARƏTİ" TƏLİMİ KEÇDİ - Bu təlim hansı məqsədlə keçirilir?
Türkiyə Müdafiə Nazirliyinin yaydığı kadrlara əsasən Ön Hava Nəzarəti təlimlərinə Azərbaycandan Hərbi Hava Qüvvələrinin döyüş vertolyotlarının heyətləri və Hava Hücumundan Müdafiə qüvvələrinin personalı cəlb olunublar. Bu təlimlər Azərbaycan ordusunun NATO standartlarına uyğun peşəkarlığının artırılması baxımından çox mühümdür.


TÜRKİYƏ ORDUSU HƏRBÇİLƏRİMZƏ "ÖN HAVA NƏZARƏTİ" TƏLİMİ KEÇDİ - Bu təlim hansı məqsədlə keçirilir?

  • 5-09-2021, 12:45
  • 240


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur
  2. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  3. 14 gün bu metodu etsəniz, virus məhv olar - Türk professordan açıqlama
  4. Temperatur kəskin enir: 2 DEKABRADƏK... - XƏBƏRDARLIQ
  5. “Yaxt klub”da oğurluq olub
  6. Neft yenidən bahalaşıb
  7. Bakıda 15 yaşlı yeniyetmə vəfat etdi
  8. Jurnalistlər Eldəniz Səlimovun məhkəməsinə buraxılmadı
  9. “AzerGold” şefi Zakir İbrahimovun QIZIL KİMİ OĞLU… – NƏ İŞLƏR ÇEVİRİR… FOTO
  10. Nazir müavinləri təbiətin QƏNİMİNƏ ÇEVRİLİB - FAKT BUDUR!
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI