Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadı

Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadıRusiya parlamentinin aşağı palatasına – Dövlət Dumasına seçkinin ilkin nəticələri açıqlanıb.

Səsvermə sentyabrın 17-si, 18-i və 19-da keçirilib. Dumanın 225 deputatının seçildiyi proporsional sistem üzrə 14 partiya mübarizə aparıb. Novator.az bildirir ki, 5 partiya 5 faizlik səs həddinə çataraq mandat qazanmaq imkanı əldə edib. Vahid Rusiya Partiyası 48,97% səslə liderdir, Kommunist Partiyası 20,05%, Liberal Demokrat Partiyası 7,61%, Ədalətli Rusiya Partiyası 7,38%, Yeni Adamlar Partiyası 5,46% səs toplayıb.

Majoritar sistemə gəlincə, 225 dairənin 195-də Vahid Rusiya Partiyası önə çıxıb, 15 dairədə Kommunist Partiyası, 7 dairədə Ədalətli Rusiya Partiyası qalib gəlir, Liberal Demokrat Partiyası, Vətən Partiyası, Vətəndaş Platforması Partiyası, Yabloko Partiyası, Yüksəliş Partiyası hərəyə 1 mandat, müstəqil namizədlər 3 mandat götürür.

Rusiya Konstitusiyasına görə, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri prezidentin təqdimatı ilə Dövlət Duması təyin edir.

Hakim Vahid Rusiya Partiyasına Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev liderlik edir.

Dmitri Medvedyev 2008-2012-ci illərdə Rusiya prezidenti postunu tutub.

İndiki dövlət başçısı Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir olub, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000 və 2004-cü illərdə prezident seçilib.

2008-ci ildən baş nazir kürsüsündə əyləşib, 2012 və 2018-ci illərin prezident seçkilərində qalib gəlib./Müsavat.com/

Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadı

  • 20-09-2021, 12:27
  • 237


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI