Hərbi gəmilərin Hörmüz boğazından keçmək cəhdi qəti cavabla qarşılaşacaq.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyanat yayıb.
“SEPAH Hərbi Dəniz Qüvvələri tam səlahiyyətə malikdir və Hörmüz boğazı üzərində məntiqli nəzarəti saxlayır”, - bəyanatda qeyd olunub.
Qeyd edək ki, ABŞ-a məxsus hərbi gəmilərin Hörmüz boğazından "İranla razılaşaraq" keçdiyi haqda iddia yayılıb.