Ərdoğan BMT tribunasından "Qarabağ" dedi, dünyanı fakt qarşısında qoydu

Ərdoğan BMT tribunasından "Qarabağ" dedi, dünyanı fakt qarşısında qoyduTürkiyə prezidenti Qarabağ məsələsinin həll edildiyini bəyan etdi; politoloq: “Ərdoğan bununla həm də bəyan etmiş oldu ki, artıq Qarabağ münaqişəsi deyilən məsələ mövcud deyil, qarşıda həll edilməli olan iş sülh sazişinin bağlanması olmalıdır”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib. Türkiyə prezidenti bildirib ki, ötən iki il bəşəriyyət üçün ağrılı sınaq dövrü olub. Dövlət başçısı koronavirusa qarşı mübarizədən insanlığın üzüqara çıxdığını, peyvəndlərin ədalətli şəkildə bölüşdürülmədiyini bəyan edib. Onun sözlərinə görə, vaksin milliyyətçiliyi heç kimə fayda verməyəcək. Məhz bu səbəbdən bir çox ölkələrdən fərqli olaraq, Türkiyə yerli COVİD peyvəndi “Turkovac”ı bütün bəşəriyyətin istifadəsinə verəcək.

Ərdoğan həmçinin qlobal iqlim dəyişikliklərindən də bəhs edib. O, bu dəyişikliklərə səbəb olan ölkələrin fəlakətli prosesləri önləmək üçün daha çox səy göstərməli olduğunu vurğulayıb.

Ərdoğanın BMT tribunasından dünyaya verdiyi mesajların içində Azərbaycanla, Qarabağla bağlı olanı diqqət çəkir. Türkiyə prezidenti deyib ki, Qafqazda sülh və sabitlik baxımından yaxın müddətdə önəmli addımlar atılıb, Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub: “Bu hadisə regionda daimi sülhün bərpasına fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır”.

1918-ci ildə də Qafqaz İslam Ordusu Azərbaycana gələndə Qafqazda sülh və əmin-amanlıq yaradıldı. Türkiyə və Azərbaycanın birgə hərbi-siyasi fəaliyyəti bu bölgəyə sülh gətirir. 2020-ci ildə də belə oldu. Amma bir çox güclər var ki, Qafqazda sülhün yaradılmasına qarşı çıxır, bu perspektivi, sürəci zədələmək istəyir. Bəs ən həssas və separatizm ocaqları ilə zəngin bölgə olan Qafqazda davamlı sülh, əmin-amanlıq yaratmaq mümkün olacaqmı?
Ərdoğan BMT tribunasından "Qarabağ" dedi, dünyanı fakt qarşısında qoydu
Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, prezident Ərdoğan dünyanın ali tribunasından Azərbaycanın haqlı mövqeyini müdafiə etməklə Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu növbəti dəfə dünyaya nümayiş etdirdi. Ərdoğan bununla həm də bəyan etmiş oldu ki, artıq Qarabağ münaqişəsi deyilən məsələ mövcud deyil, qarşıda həll edilməli olan iş sülh sazişinin bağlanması olmalıdır. Türkiyənin də bu prosesə səmimi dəstək verməyə hazır olduğu BMT tribunasından elan edildi: “Dünya birliyinin, əsasən də ATƏT-in Minsk Qrupunun 30 ilə yaxın davam edən ədalətsiz mövqeyi Dağlıq Qarabağ probleminin sülh müstəvisində boşuna araşdırılmasına gətirib çıxarmışdı. Nəticədə Azərbaycan ötən ilin 27 sentyabr tarixində Vətən savaşına başlayaraq torpaqlarını güc yolu ilə işğaldan azad etmək məcburiyyətində qaldı. Azərbaycan bu addımını atmaqda haqlı idi, Azərbaycan həm özünün konstitusiyasına, həm beynəlxalq qanunlara, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanırdı. Cənab Ərdoğanın BMT tribunasından Azərbaycanın BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini icra etdiyini bildirməsi çox ciddi və vacib idi.

44 günlük savaşdan sonra Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə bəyanat imzalaması ilə yekunlaşdı. Azərbaycan tarixi qələbə qazandı. Dünya birliyi bilməlidir ki, artıq Dağlıq Qarabağ adlanan ərazi subyekti mövcud deyil. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq layihələri həyata keçirməkdə, düşmənin bu yurd yerlərimizə vurduğu ziyanları aradan qaldırmaqdadır, yaraları sarmaqdadır. Münaqişə və müharibədən sonrakı müddətdə də ATƏT-in Minsk Qrupu əvvəlki ənənəsini davam etdirmək niyyətini ortaya qoyur. Azərbaycan və Türkiyə Ermənistanla sülh sazişi imzalanmasında maraqlı olduğunu hər addımda ortaya qoysa da 30 ilə yaxın münaqişənin nizamlanmasına mane olan Minsk Qrupu həmsədrləri olan ölkələr və daha bir neçə dövlət yenə də öz dağıdıcı mövqelərindədir, Ermənistana sülh sazişini imzalamağa imkan vermək istəmirlər. İşğalçı Ermənistanı yenə də işğala, müharibəyə həvəsləndirən bəyanatlar verilir, addımlar atılır. Xüsusilə ABŞ Ermənistandakı səfirinin timsalında sülhə qarşı olan fəaliyyət nümayiş etdirir".

Politoloqun sözlərinə görə, qardaş Türkiyənin prezidenti çox düzgün qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini güc yolu təmin edib. BMT-nin 30 ilə yaxın etmədiyini, edə bilmədiyini Azərbaycan 44 günə etdi: “Azərbaycan bütün beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin əvəzindən çox ağır bir işi başa çatdırıb. İndi əgər ABŞ başda olmaqla, vasitəçilik etmək istəyən dövlətlər nə isə bir müsbət iş görmək istəyirsə, yeni reallığa uyğun addım atmalı, regionda davamlı sülhün bərqərar olması, Ermənistanın bir daha qonşu ölkəyə qarşı təcavüz niyyətində olmaması üçün aparılan işlərdə iştirak etməlidirlər. Əks halda, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçməsini necə təmin etdisə, bu dəfə də Ermənistanı özü sülh sazişi imzalamağa məcbur edəcək. Müharibədən keçən bir ilə yaxın müddət göstərir ki, Minsk Qrupuna və bu qrupun həmsədrlərinə qalsa, Azərbaycanla Ermənistan arasında sülh sazişi heç zaman imzalanmayacaq. Çünki məhz onlar Azərbaycanla Ermənistan arasında sülhün yaranmasını, beləliklə, Qafqaza davamlı sülhün gəlməsini istəmirlər. Bunu 30 ilə yaxın müddətdə sübuta yetiriblər. Hər kəsə aydın olmalıdır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan bütövlükdə Qafqazda daimi sülh mümkün olmayacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Ərdoğan BMT tribunasından "Qarabağ" dedi, dünyanı fakt qarşısında qoydu

  • 23-09-2021, 09:46
  • 211


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur
  2. ABŞ səfirliyinin əməkdaşlarına Rusiyanı tərk etmək öhdəliyi qoyulub
  3. Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİB
  4. Babək rayon Nehrəm kənd sakinləri Naxçıvan MR Dövlət Nəqliyyat Xidmətindən şikayətçidirlər.
  5. Qalmaqallı deputat NAZİR OLMAQ EŞQİNDƏ... - Allah, SƏN SAXLA!..
  6. “ÖLÜ SÜKUT”: DSX-nin cəmiyyətə məlumat verməsində ciddi problem var - FOTO
  7. Prezidentin köməkçisi beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə çağırıb
  8. Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
  9. QƏZAYA UĞRAYAN HELİKOPTERLƏ BAĞLI YENİ DETALLAR ÜZƏ ÇIXDI - VİDEO
  10. Ermənistanla sərhəddə antiterror ƏMƏLİYYATI
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI