Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı

Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yayıb. Bəyanatda deyilir:

"Azərbaycan torpaqlarına yönəlmiş Erməni təcavüzü başlayandan bəri Ermənistanın yanında yer alan və hər fürsətdə Azərbaycana qarşı təxribatlar törədən Tehran rejimi son aylarda bu istiqamətdə daha da fəallaşıb. Bu hərəkətlərinə qarşı həm Azərbaycan dövlətindən, həm də xalqımızdan layiqli cavab alan Tehran höküməti hələlik geri çəkilməyə məcbur olub. Hələlik deyirik, çünkü bu teokratik rejim bu gün geri çəkilsə də, dostluq mesajları versə də ölkəmizə yönəlik düşmən fəaliyyətlərinə heç bir zaman ara verməmişdir. Durumun gələcəkdə də belə olacağını, buna görə də xalqımızın bu hiyləgər rejimə qarşı uzun vədəli və ciddi bir mübarizəyə girişməsinin zəruri olduğunu düşünürük. Təbii ki, bu gün olduğu kimi gələcəkdə də dövlətimiz əsaslı tədbirlər görməli, xalqımız bu problemlərə həssaslıqla yanaşmalıdır. Bütün bunları nəzərə alaraq MHB (Milli Hərəkatçılar Birliyi) məsələni diqqət mərkəzində tutmaqla bərabər indiki mərhələdə həyata keçirilməsini zəruri bildiyi tədbirlərin bir hissəsinə aid bəzi təkliflərini Azərbaycan ictmaiyyətin diqqətinə çatdırır:
1. Xaricdə (Qumda və başqa yerlərdə) təhsil almış və almaqda olan mollaların/din adamlarının rəsmi tehsil müəssisələrində oxuyub oxumadıları araşdırılmalıdır. Dövlet tərəfindən göndərilməyən şəxslərin ve qeyri-rəsmi məktəb, kurs ve b. təhsil alanların diplomları tanınmamlıdır. Rəsmi təhsil qurumlarında təhsil alanların isə oxuduqları müssisələrin Azərbaycan dövləti tərəfindən rəsmi olaraq tanınıb-tanınmamadığı araşdırılmalı və bütün diplomlar üçün ümumi qaydada nostrifikasiya (dənklik) tələb edilməlidir. Yəni başqa sahələr (mühəndislik, tibb və b.) üzrə Avropa və Türkiyədə təhsil alanlardan tələb edilən hüquqi proseduralar din təhsili alanlardan da tələb edilməlidir.
2. Başda İran olmaqla, xaricdə din adamlarının yetişdirilməsi, təhsil üçün göndərilməsi praktikasına son qoyulmalıdır.
3. Tehranla ixtilaf şəratində tərəfdarı olan, Tehranın mövqeyini müdafiə edən bütün şəxslər (din adamları, siyasi xadimlər, ziyalılar vs.) ictimai qınağa məruz qalmalıdır (suçlular isə, təbii ki, cinayət məsuliyyətinə cəlb edilməlidir);
4. Azərbaycanda Tehranın qeyri-hökümət qurumlarının və onların təmsilçiliklərinin fəaliyyəti yasaqlanmalıdır.
5. QHT və siyasi partiyaların (Azərbaycan İslam Partiyası vb. kimi) mövqeyi və rəhbərlərinin çıxışları dövlət maraqları və hüquq baxımından araşdırılmalı və adekvat tədbirlər görülməlidir.
6. Azərbaycandakı din adamlarının və dini təşkilatların xarici din avtoritətlərinə bağlılıq (təqlid mərcii) məsələsi gündəmə gətirilməli və buna son qoyulmalıdır;
7. Azərbaycanda din adamları hazırlamaq üçün ilahiyyat fakültələrinin bazası gücləndirilməli, beləliklə, xüsusi bir İslam Universitetinə ehtiyac qalmayacağına görə, Tehranın təsiri altında olan bu müəssisə bağlanmalıdır.
8. Farscadan dilimizə keçən və ya ana dilimizdə olub tələffüzü farslaşdırılan sözler üzerində iş aparılmalı, farsca sözlər atılmalı, farslaşdırılmış olan tələffüzlər isə ana dilimizin qaununlarına uyğun olaraq Türkləşdirilməli və bunlar müvafiq lüğətlərə daxil edilməlidir.
9. İran onomastikasına aid adların ancaq Türk variantları işlədilməli və bunlar Azərbaycan Dilinin Orfoqrafiya lüğətində və müvafiq xəritələrdə təsbit edilməlidir. Bu baxımdan Ermənistan onomastikasına yönəlik Türkləşdirmə modeli İran coğrafiyası üçün də nümunə ola bilər.
10. Borçalıda Tehran rejiminin apardığı geniş miqyaslı radkail şiəlik təbliğatına qarşı Gürcüstan rəhbərliyi ilə əməkdaşlıq edilməli və bu fəaliyyətlərə qarşı lazımı tədbirlər görülməlidir.
11. Tehranın Azərbaycana qarşı təxribatları İslam Konfransı Təşkilatının növbəti toplantısında gündəmə gətirilərək, müzakirəsi təmin edilməlidir.
Sayğılarımızla,
MİLLİ HƏRƏKATÇILAR BİRLİYİ.
12 oktyabr 2021-ci il."

Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı

  • 13-10-2021, 18:06
  • 313


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda televiziya aparıcısı olan Şəbnəm Naibli Türkiyə kanalında veriliş açıb
  2. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  3. Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb - YENİLƏNİB
  4. Eldar Həsənov xəstəxanadan təcridxanaya qaytarılıb
  5. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  6. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  7. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  8. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  9. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  10. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI