İstanbulda Güney Azərbaycanın görkəmli ictimai xadimi Həsən Azərbaycan anıldı

İstanbulda Güney Azərbaycanın görkəmli ictimai xadimi Həsən Azərbaycan anıldı
Noyabrın 6-da İstanbulda İsvec Azərbaycan Federasiyası, Stokholm Azərbaycan Evi və Goteborq Azərbaycan Birliyinin təşkilatçılığı ilə tanınmış xeyriyyəçi, mədəniyyət xadimi Həsən Dəmirçi Azərbaycanın xatirəsinə həsr edilmiş anım gecəsi keçirilib. Anım gecəsinə Azərbaycanın Güneyindən və Quzeyindən, Türkiyədən, ABŞ və Avropa ölkələrindən onlarla soydaşımız qatılıblar. Anım gecəsini giriş sözü ilə şair Azəryar Danişvər açdıqdan sonra İsveç Azərbaycan Federasiyasının təmsilçisi Eldar Qaradağlı Həsən Azərbaycanın millətimiz üçün önəmi və onun ülvi şəxsiyyəti haqda geniş çıxış edib. Mərasim iştirakçıları Azəryar Danişvərin hazırladığı “Dəmir Mizrab” sənədli filmini izlədiklən sonra tanınmış güneyli ziyalılar Yaqub Təqəvi, Məhəmməd Rəhmanifər, eləcə də İsveç Azərbaycan Federasiyasının sədr müavini Teymur Eminbəyli, Federasiyanın sədri Azər Heydərqızı çıxış edərək Həsən Dəmirçi haqda öz xatirələrini bölüşüblər. Anm gecəsində “Həsən Azərbaycan” adına təsis olunan mükafat da ilk sahibinə - Həsən Dəmirçinin həyat yoldaşı Zəkiyyə xanıma təqdim edilib. Həsən Dəmirçinin oğlu Babək Dəmirçi çıxış edərək tədbirin təşkilatçıları və bütün iştirakçılara öz təşəkkürü bildirib. Anım gecəsi Təbrizdən gələn və Həsən Dəmirçinin qurduğu və bu gün onun adını daşıyan l musiqi qrupunun alqışlarla müşayiət olunan çıxışları, eləcə də tanınmış Güneyli ozan Yanar Sönməz, Elcan Danişvər və Hüseyn Nəsirlinin solo ifaları ilə davam edib.

  • 6-11-2021, 23:13
  • 257

Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI