Azərbaycanda kapitan gəmidə qadını zorlamaq istədi - ŞİKAYƏT

530 19-11-2021, 11:19 cemiyyet

Azərbaycanda kapitan gəmidə qadını zorlamaq istədi - ŞİKAYƏTXəzər dənizində gəmi kapitanı qadını zorlamaq istəyib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərindən birində qeydə alındığı iddia edilir.

Gəmidə aşpaz işləyən 41 yaşlı P.Ə. bildirib ki, gəminin kapitanı 54 yaşlı A.C. onu zorlamağa cəhd edib.

Qadın faktla bağlı bir sıra dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına şikayət edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.Az-a açıqlamasında qadının şikayət etməsini təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı şikayətçi hüquq-mühafizə orqanlarına müraciət edib:

“Hüquq-mühafizə orqanlarının verəcəyi qərara uyğun olaraq QSC müvafiq addım atacaq”.

Xeberdar.net

XƏBƏR LENTİ