Uşaqları təsir altına sala biləcək təhlükələr var - XƏBƏRDARLIQ

337 25-11-2021, 11:20 cemiyyet

Uşaqları təsir altına sala biləcək təhlükələr var - XƏBƏRDARLIQXəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır.



Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.



DİN rəsmisi qeyd edib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi maşahidə edilmir:



“Bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar var. Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır”.



Polis mayoru deyib ki, valideynlər diqqətli olmalıdır:



““Övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir - təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınamalıdır”.

Xeberdar.net

XƏBƏR LENTİ