Bakıda naməlum şəxs bankı tərk edən 62 yaşlı kişiyə hücum edib

638 24-12-2021, 11:21 cemiyyet

Bakıda naməlum şəxs bankı tərk edən 62 yaşlı kişiyə hücum edibBakıda 62 yaşlı kişi hücuma məruz qalaraq ağır xəsarətlər alıb.

Xeberdar.net-in "Report-a istinadən məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. 1959-cu il təvəllüdlü İmanov Ellər İbrahim oğlu rayon ərazisində fəaliyyət göstərən bankların birinin qarşısında tanımadığı şəxsin hücumuna məruz qalıb. O, hadisə zamanı küt alətlə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun üz, baş nahiyərində çoxsaylı əziklər və kəsiklər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ