“Bu vəziyyəti yaradanlar problemin həllinə də cavabdeh olmalıdırlar” – Rusiyalı diplomat

634 24-12-2021, 13:28 dunya

“Bu vəziyyəti yaradanlar problemin həllinə də cavabdeh olmalıdırlar” – Rusiyalı diplomatQərb ölkələri qaçqınları qəbul etməklə Yaxın Şərq və Şimali Afrikada vəziyyətin sabitliyinin pozulmasına görə məsuliyyət daşımalıdır”.

Bunu “Sputnik”-ə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları Departamentinin direktor müavini Qriqori Lukyantsev deyib: “Biz bu miqrasiya böhranının əsas səbəblərini, bütün bunların niyə yarandığını unutmamalıyıq. Bütün bunların kökündə isə Yaxın Şərq və Şimali Afrikada müvafiq proseslərə müdaxilə, siyasi vəziyyətin və siyasi rejimin sabitliyinin pozulması, həmçinin, daxili işlərə müdaxilə və regionda sabitliyin pozulması durur”.

Diplomat əlavə edib ki, nəticədə bu, miqrasiya axınlarının yaranmasına səbəb olub, çünki bu insanlar vəziyyətin sabitliyinin pozulmasında əli olan ölkələrə getməyə çalışırlar: “Ona görə də “yükün” bölüşdürülməsi, məsuliyyət bölgüsü ilə bağlı müəyyən çağırışlar olduqda, bu vəziyyəti yaradanlar ilk növbədə, bu problemin həllinə cavabdeh olmalıdırlar”.

İnsan Haqları üzrə Müvəkkil həmçinin bildirib ki, Əfqanıstanda humanitar vəziyyət ağırdır, yardımın göstərilməsi ilə bağlı problemlər qalmaqdadır. Orada vəziyyətin necə inkişaf edəcəyini demək çətindir: “Hamı Əfqanıstanda yeni hakimiyyətin davranışlarına baxır, onlar özlərinin rəsmi beynəlxalq səviyyədə tanınmasına tələsmirlər. Amma orada humanitar vəziyyətin necə olduğu tam aydındır. Kifayət qədər ciddidir, maliyyə və iqtisadi yardımın göstərilməsi ilə bağlı problemlər var idi. Problemlər hələ də davam edir”./AzPolitika.info

XƏBƏR LENTİ