Yeni aldatma üsulu yayılır: Qurbana çevrilə bilərsiniz - Diqqət!

584 28-12-2021, 10:41 cemiyyet

Yeni aldatma üsulu yayılır: Qurbana çevrilə bilərsiniz - Diqqət!Bir müddət əvvəl sürətlə yayılmaqda olan yeni nəsil falçılıq üsulu barədə yazmışdım. Hazırda həmin mövzu yenidən gündəmə gəldiyi üçün bir daha bu mövzuya üz tutmağı özümə borc bildim.
Söhbət “life coach” ("həyat məşqçisi") adı ilə özlərini təqdim edən, insanların zəif nöqtələrindən istifadə edərək onlardan külli miqdarda pullar qoparan işbazlardan gedir. Bu şəxslər, sosial şəbəkələr, tanınmış blogerlər, hətta müğənnilərə reklam vermək vasitəsi ilə özlərinə müəyyən kütlə qazanmağı bacaran insanlardır. Bu şəxslərin işi sözdə psixloji dəstək, kainat enerjisi və s. olsada, əslində bineyi qədimdən fəaliyyət göstərən falçıların yolunu davam etdirirlər. Yaşam koçları adlanan şəxslər insanları marafonlara qoşulmaqla, enerjisinə uyğun pul qabını almaqla istəklərinə çatacaqlarına, külli miqdrda pul sahibi olacaqların inandırırlar. Pula ehtiyacı olan, çıxılmaz vəziyyətdə qalan sadəlöv insanlar isə bu “coach”lar vasitəsilə problemlərinə son qoyacaqlarına, lazım olan məbləğdə pul tapacaqlarına ümid edirlər. Hətta bu marafonlara qoşulmaq, həmin insanlardan dəstək ala bilmək üçün qızılını, dəyərli əşyalarını satan insanlar da az deyil. Qəribə görünə bilər və hətta bu fırldaqçılara inanan insanların sayının bu qədər çox ola biləcəyinə inanmaya bilərsiniz. Amma bu reallıq budur ki, həmin şəxlərin yüzlərlə, minlərlərlə izləyicisi var və marafonlarda hədsiz sayda çox insan iştirak edir.

Marafonların qiyməti isə fərqlidir. Reklamı güclü olanlar yaşam koçlarının marafonları 300-500 manat, reklamı az aparılanlarınkı isə daha ucuz olur.

Yuxarıda qeyd etdiyim pul qapılar isə 300-350 manat aralığındadır. Bütün dükanlarda və daha ucuz qiymətə tapıla biləcək pul qabıları alanlar isə bunun sırf onların enerjisinə, frekansına uyğun hazırlandığına inandırılmış insanlardır.

Maraqlı bir məqam isə ondan ibarətdir ki, bu şəxslərin səhifələrinə nəzər saldıqda yüzlələr xoş, razı qalmış, bu yolla külli miqdarda pul qazandığını iddia edən rəylərə, mesajlara rast gəlinir. Düzü bu mesajlara baxdıqda insan bir anlıq düşünür “bəlkə cahil mənəm”? Amma əslində bunun da bir açıqlaması var imiş. Bu mesajlar, rəylər özbaşına deyilmiş. İddialara görə, həmin rəy yazan şəxslər həmin fırıldaqçıların növbəti oyunudur və bütün rəylər, mesajlar əslində özləri tərəfindən qurulmuş bir tələdir.

Təəssüflə qeyd edim ki, mənim də yaxınlarım arasında bu tələnin qurbanı olan insanlar var və 300-350 manata aldıqları “sehrli çırağı” nə qədər “sürtsələr" də, hələ də işə düşmür ki, düşmür./Bizimyol.info/

XƏBƏR LENTİ