"KapitalBank"ın SƏRSƏM QAYDALARI... - NARAZILIQ!


 "KapitalBank"ın SƏRSƏM QAYDALARI... - NARAZILIQ!Allahın verdiyi hər gün sosial şəbəkələrdə "Kapital Bank"ın xidmətləri və çalışanları haqqında şikayətlər görürük. Hələ bəzi məmurların fəaliyyətinə, daha doğrusu fəaliyyətsizliyinə "güzgü" olduğuna görə, adına "rekert", "qarayaxma", "böhtan" deyib, ciblərinə gedən yoldan qaldırmaq üçün, haqqında yeni qanun layihəsi hazırlanan və qəbul edilən müstəqil medialarda yayılan məlumatları demirik.

Söhbətimizin əvvəlində də vurğuladığımız kimi, Allahın verdiyi hər gün, sosial şəbəkələrdə narazı vətəndaşlar tərəfindən yaradılmış "şikayət" qruplarında ən azı 1-2 vətəndaş şikayətinə rast gəlinir.

Yenə də şikayət var. Bu dəfə isə hər hansı bir vətəndaşın deyil, məhz "DogruXeber.az" informasiya portalının öz əməkdaşının başına gələnləri, daha doğrusu sözügedən bank tərəfindən başına gətirilənləri danışacağıq.

Belə ki, əməkdaşımızın "Kapital Bank"a kredit borcu var. Hər ay maaş kartından o borc silinir. Bu normaldır. Amma, bu ay əməkdaşımız krediti nəğd pul olaraq, "birbank" mobil tətbiqi vasitəsilə ödəyib. Bundan sonra həmin "Kapital Bank"ın maaş kartına da əlavə olaraq nəğd pul köçürülüb. Karta pul köçürülən kimi, bank onu da kredit borcuna görə silib. Kartda olan məbləği çıxıb , əlavə olaraq, (-54) AZN yazaraq, borc göstərib. Belə olan halda aydın olub ki, bank mobil tətbiq vasitəsilə olan ödənişi görməyib. Dərhal əməkdaşımız vacib pul lazım olduğu üçün sözügedən bankın "196" qaynar xətt xidməti ilə əlaqə saxlayıb. Telefona cavab verən və özünü təqdim etməyən operator oğlan, əməkdaşımızın şikayətini dinləyib. Başına gələnlər səbəbindən həyəcanlı danışan əməkdaşımıza, - "Səsinin tonunu aşağı sal. Tez mümkün deyil. Bir iş günü ərzində düzələcək." - deyib, telefonu kənara qoyub.

Onsuz da bankın yaratdığı problem üzündən əsəbi olan əməkdaşımızı, operatorun bu tonda danışığı və cavabı, üstəlik də dəstəyi kənara qoyması daha da hiddətləndirib.

Təkrar qaynar xəttə zəng etdiyində artıq, başqa operator cavab verib və bildirib ki, heç də ondan əvvəlki operatorun dediyi kimi deyil. Gedib pulunu 'bankomat"dan həmişəki qaydada götürə bilər.

Operator xanımın bu cavabından təsəlli alıb sakitləşən əməkdaşımız, sevinə-sevinə kartı "bankomat" daxil edib. Amma...

Sən demə bankın "mehriban" əməkdaşı da əməkdaşımızı beləcə yola veribmiş.

Əmək haqqları, pensiya və digər bir çox ödənişlərin ödənilməsində vasitəçi olaraq qazanan, üstə gəl hər xidmət üçün, kartımızın balansından istifadə etdiyimiz məbləğin 1 %-ni də çıxan, yəni bir sözlə bizim pulumuzla fəaliyyət göstərən bankın əməkdaşlarının bizə qarşı bu cür kobud, mədəni və etik qaydalara zidd şəkildə rəftarı onu göstərir ki, bəzi məmurlar kimi, onlar da bizim pulumuzla harınlayıb, bizə qənim kəsilirlər.

Sözügedən bank haqqında hər gün dərc edilən, yayımlanan şikayətlərin hamısı da, bu cür özbaşına əməkdaşların "əməyi"nin nəticəsidir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

"KapitalBank"ın SƏRSƏM QAYDALARI... - NARAZILIQ!

  • 8-01-2022, 12:14
  • 198


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi
  2. Həbsdəki icra başçısı namaza başladı – FOTO
  3. “Atəşgah Sığorta”-nın “atəşli” səyahət sığortası - Xaricdə “Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?
  4. Bazar gününə olan hava proqnozu açıqlanıb
  5. Prokurorluq Tofiq Yaqublu ilə bağlı məlumat yaydı:”özünü yumruqlayaraq…” – FOTO
  6. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  7. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  8. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  9. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  10. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI