Elmar Vəliyevlə oğlu arasında qalmaqal baş verib - Bir-birini küçə söyüşləri ilə təhqir ediblər

Elmar Vəliyevlə oğlu arasında qalmaqal baş verib - Bir-birini küçə söyüşləri ilə təhqir ediblərGəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevlə oğlu Elmir Vəliyev arasında qalmaqal baş verib. Nəticədə ata-oğul bir-birinin ünvanına ağır ifadələr səsləndirib, bu zaman yaranan səs-küyə qonşular toplaşıb.

Bu barədə Gununsesi.info-nu məlumatlandıran E.Vəliyevin Göygöl rayonundakı qonşularından biri deyib ki, narazılıq mal-mülk üstündə olub.

Belə ki, Elmar Vəliyev külli miqdarda borclu olduğu şəxslərdən birinə Yevlax rayonu ərazisində yerləşən dəvə fermasını təklif edib. Xatırladaq ki, keçmiş icra başçısı hələ Yevlaxda icra başçısı olduğu dövrdə bu təsərrüfatı qurub, daha sonra inkişaf etdirərək yüzdən artıq dəvəyə sahib olub.

Mənbə bildirib ki, E.Vəliyevlə borc sahibi arasında anlaşma əldə olunsa da təhvil-təslim baş tutmayıb. Fermanın sənədləşdirməsi zamanı məlum olub ki, keçmiş icra başçsının oğlu Elmir Vəliyev atasından xəbərsiz həmin fermanı başqa şəxsə satıb. Əsl həngamə də bu sirrin üstü açılanda baş verib. Oğlunu küçə söyüşləri ilə təhqir edən Elmar Vəliyevin qəzəbli bağırtısına qonşular toplaşıb. Şahidin dediyinə görə, oğlu da atasının söyüşlərinə adekvat cavablar qaytarıb.

Mübahisə Elmar Vəliyev oğlunu evdən qovması ilə yekunlaşsa da, qalmaqalın bununla bitəcəyi ağlabatan görünmür.

Çünki,icra başçısı olduğu dövrdə milyonlarla dollar borca girən E.Vəliyevin əmlakını sataraq vəziyyətdən çıxmaq cəhdləri bu və ya digər səbəblərdən mümkün olmur…

Elmar Vəliyevlə oğlu arasında qalmaqal baş verib - Bir-birini küçə söyüşləri ilə təhqir ediblər

  • 8-02-2022, 20:39
  • 765


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Masallıda “Sirr-M”MMC -yə məxsus yük maşınları Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınmasını həyata keçirir
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  3. Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi sənədli film çəkir
  4. Meksikada zəlzələ baş verib
  5. Valideyn himayəsindən məhrum olmuş 29 ukraynalı uşaq Azərbaycana gətirilib
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
  7. İranın Ukraynadakı səfirinin akkreditasiyası ləğv edilib
  8. Uqandada eboladan 11 nəfər ölüb
  9. Bakıda minik avtomobili yandı - 1 nəfər zəhərləndi
  10. İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI