Separatçıları dinc sakinləri atəşə tutdu: ev yandı

370 18-02-2022, 11:19 dunya

Separatçıları dinc sakinləri atəşə tutdu: ev yandıUkraynada Donbas separatçıları yenidən Stanitsa Luqansk qəsəbəsini atəşə tutmağa başlayıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Teleqram kanalında yazıb.

O bildirib ki, atışma nəticəsində mərmilərdən biri yaşayış evinə düşüb və nəticədə güclü yanğın başlayıb.

Ölən və yaralanan yoxdur.

Qeyd edək ki, bundan öncə də separatçıların silahlı təxribatı zamanı sözügedən qəsəbədə yerləşən uşaq bağçasına mərmi düşməsi nəticəsində 3 işçi xəsarət almışdı.

Xeberdar.net

XƏBƏR LENTİ